Ana səhifə / Cəmiyyət / Əlimərdan bəy Topçubaşovun nəvəsi ilk dəfə xatirələrini bölüşdü — VİDEO

Əlimərdan bəy Topçubaşovun nəvəsi ilk dəfə xatirələrini bölüşdü — VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin ilk beynəlxalq rəsmisi, parlament sədri və 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi ilk dəfə AzTV-də xatirələrini bölüşüb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Türkiyədə yaşayan Gülnarə xanım AzTV-nin “Yüz ilin adamları” proqramında babasının həyatından bəhs edib.

Verilişdə Əlimərdan bəy Topçubaşovun ictimai və siyasi fəaliyyətindən, o cümlədən Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmasından söhbət açılır. Onun başçılığı ilə Parisdə diplomatik missiyamızın fəaliyyətinin gizli məqamları ilə bərabər, Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşlərindən də bəzi məqamlar proqramda öz əksini tapıb.

Eyni zamanda proqramda Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin dövrünün görkəmli siyasi xadimi olan, Amerikanın 28-ci prezidenti Vudro Vilsonla görüşü haqqında da tamaşaçılara məlumat verilir. 

“Yüz ilin adamları”nda bir saat belə parlament sədri kimi vəzifəsini kabinetində icra edə bilməyən Topçubaşovun ağrılı həyatından, silahdaşları Məhəmməd Əmin Rəsulzadənin və Əhməd Ağaoğlunun hansı səbəbdən ondan üz döndərməsindən, əfsanəvi diplomatın ermənilərlə danışıqlara nail olmasından, onun haqqında eşitmədiyimiz digər həqiqətlərdən tədqiqatçılar, tarixçilər, rəsmilər və sənədlər danışıb.

Həmçinin oxuyun

Emin Şirinova yüksək vəzifə verildi — ƏMR

Polis mayoru Emin Şirinov Goranboy Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavinə vəzifəsinə təyin olunub. …