Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Cəmiyyət / Əli İnsanov barədə qərar verildi

Əli İnsanov barədə qərar verildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əflatun Qasımovun icraatında olan prosesdə qərar elan olunub.

Qərara əsasən Qaradağ rayon məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Rayon məhkəməsini Ə.İnsanovu 7 il 5 gün müddətə azadlıqdan məhrum edib.

Əli İnsanov apellyasiya məhkəməsində iştirak etməkdən imtina edib.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il cəzasının bitməsinə 2 ay qalmış ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Baş psixiatr intiharlarla bağlı KİV-ə müraciət etdi

“Azərbaycanda hər il 400-dək insan intihar edir. Dünyada hər 40 saniyədə bir nəfər öz həyatına …

Bir cavab yazın