Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Əli Həsənovun nəvəsinin maşını Bakıda qəzaya uğradı: ölənlər var

Əli Həsənovun nəvəsinin maşını Bakıda qəzaya uğradı: ölənlər var

KİV baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin bir az əvvəl qəzaya uğrayan avtomobildə çəkilmiş fotolarını yayıb.

Virtualaz.org bildirir ki, qəzaya uğrayan “Mercedes Galendevagen” avtomobili Əli Həsənovun nəvəsinə məxsusdur.

APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı baş nazir mavininin nəvəsinin sürücüsü Mehdi Əliyev həlak olub.

*   *   *22:42

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın xəbərinə görə, “Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və arxadan “VAZ 21015” markalı avtomobilə çırpılıb.

Daha sonra “Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb.

Qəza zamanı piyadanın da vurulduğu bildirilir. Qəza nəticəsində “Mercedes Gelandewagen”in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisədən sonra prospektdə uzun tıxac yaranıb.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın