Ana səhifə / Cəmiyyət / Əli Həsənovun nəvəsi həbs olunacaq – “Sükan arxasında o olub”- RƏSMİ

Əli Həsənovun nəvəsi həbs olunacaq – “Sükan arxasında o olub”- RƏSMİ

Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada “Gelandewagen” markalı avtomobilin sürücüsünün kim olduğu müəyyən edilib.
 
Azinforum.az-ın  məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov Virtualaz.org-a açıqlamasında bildirib ki, sükan arxasında “QaçqınKom”un rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub və o, cinayət məsuliyyətinə cəlb olunacaq.
Xatırladaq ki, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobildə olan Mehdi Əliyev və piyada Vaqif Əsədov hadisə yerində keçiniblər.
Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qəzaya uğrayanlardan biri Baş nazirin müavini, “Qaçkınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir. 10-PP-203 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobili də Əli Həsənovun nəvəsinə məxsusdur.

Qeyd edək ki, Əli Həsənovun nəvəsi Nail Allahverdiyev həm də Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin kürəkənidir. N. Allahverdiyevlə general qızı bu ilin iyun ayında ailə qurublar.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın