Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / ƏLİ HƏSƏNOVUN NƏVƏSİ AĞIR YARALIDIR – Ötən ay toyu olub, generalın kürəkənidir!

ƏLİ HƏSƏNOVUN NƏVƏSİ AĞIR YARALIDIR – Ötən ay toyu olub, generalın kürəkənidir!

Ötən gecə Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzanın bəzi təfərrüatları bəlli olub. PrimeTime.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində öldüyü bildirilən baş nazir müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəziyyəti ağırdır. Hadisə zamanı avtomobildən son anda atıldığı deyilir. Hal-hazırda xəstəxanada olduğu bildirilir.

Məsələ ilə bağlı gecə saytlara açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ətraflı məlumatının olmadığını bildirib: “Hadisə barədə indicə xəbər tutmuşam. İlkin əldə etdiyim məlumata görə, iki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır. Daha ətraflı məlumat əldə etməyə çalışıram. Hal-hazırda məndə olan məlumatlar bunlardır”.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Nail Allahverdiyevin ötən ayın 19-da toy mərasimi baş tutub. O, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin kürəkənidir. 21 yaşlı Nail biznesmendir, eyni zamanda məşhur “Soho” klubun sahibidir.

***

Bakıda qəzaya uğrayan “Mercedes Galendevagen” avtomobili Azərbaycan baş nazirinin müavini Əli Həsənovun nəvəsinə məxsusdur.

APA bildirir ki, yol-nəqliyyat hadisəsi zamanı Əli Həsənovun nəvəsinin sürücüsü Mehdi Əliyev həlak olub.

***

Bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli avtomobil qəzası barədə “Report” bəzi detallar əldə edib.

Qəza zamanı “Gelandewagen” avtomobilində həlak olan şəxslərdən biri Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir.

nail01

***

İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər dünyasını dəyişib. Qəzanı törədən avtomobil isə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirlirliyinin yanğınsöndürənləri gəlib.

***

Bakının Heydər Əliyev prospektində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

***

“Report”un hadisə yerində olan müxbirinin sözlərinə görə, biri Mercedes Galendevagen olmaqla iki maşın prospektdə ötüşüblər. Bu zaman Galendevagen yolu keçmək istəyən piyadanı vurub. Bundan sonra idarəetməni itirən maşın aşıb.

Onunla ötüşən digər maşın isə hadisə yerindən qaçıb.

Hadisə nəticəsində ölən və yaralananlar var.

 

 

 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın