Ana səhifə / Cəmiyyət / Əli Həsənovun “Geosiyasət” kitabı qırğız dilində çap olunacaq

Əli Həsənovun “Geosiyasət” kitabı qırğız dilində çap olunacaq

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun müəllifi olduğu “Geosiyasət” kitabı Qırğızıstanda rus dilində nəşr olunur. Bu barədə məlumatı Azinforum.az-a Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov verib. O bildirib ki, rəhbərlik etdiyi fondun sifarişi ilə 500 tirajla rus dilində çap olunacaq kitabın pulsuz paylanması nəzərdə tutulub: “Kitab yaxın günlərdə nәşrdən çıxacaq. Eyni zamanda, sözügedən kitab paralel olaraq qırğız dilinә dә tәrcümә edilir”.
Nüsrət Məmmədov deyib ki, kitab qırğız dilinə Mukan Asanaliyev tərəfindən tәrcümә edilir.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın