Ana səhifə / Cəmiyyət / Əli Həsənovun 56 yaşı tamam olur

Əli Həsənovun 56 yaşı tamam olur

Bu gün Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun 56 yaşı tamam olur.

Ə.Həsənov 1960-cı il martın 10-da Şərur rayonunun Tənənəm kəndində anadan olub. Moskva Dövlət Universitetini bitirib, tarix elmləri doktoru, professordur. 1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib. 1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

elihesenovvv

Azinforum.az

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın