Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Əli Həsənov: Ermənilərə layiqli cavab verdik

Əli Həsənov: Ermənilərə layiqli cavab verdik

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləri Azərbaycanı narahat etmir və bizə o qədər də adiyyatı yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında müharibədən yox, Azərbaycnaın işğal altında olan ərazilərindəki erməni silahlı qüvvələrinə cavab tədbirlərindən gedir”.

Bunu “Sputnik”ə eksklüziv müsahibəsində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O, daha sonra bildirib: “Biz Azərbaycan olaraq Ermənistana hücum etməyə hazırlaşmırıq. Biz Ermənistanın milli təhlükəsizliyini təhdid etmirik, sadəcə olaraq onun işğal etdiyi torpaqlarımızın azad olunmasına çalışırıq. Ermənilərin işğal altındakı ərazilərimizdəki qoşunları Azərbaycanın dinc sakinlər yaşayan ərazilərini təhdid etdi və biz onlara layiqli cavab verdik. Ona görə də KTMT Azərbaycanın işğal altında olan əraziləruindəki erməni qoşunlarını müdafiə etmək üçün heç bir hüquqi əsası yoxdur. KTMT müdafiə təşkilatıdır və üzv ölkələrindən heç birinin başqalarına qarşı işğalçı siyasətini təqdir etmir”.

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …

Bir cavab yazın