Şənbə , Yanvar 16 2021
Ana səhifə / Cəmiyyət / Əli bəy Hüseynzadənin qızı İstanbulda dəfn edildi — FOTOLAR

Əli bəy Hüseynzadənin qızı İstanbulda dəfn edildi — FOTOLAR

Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan vəsiyyətinə uyğun olaraq İstanbulun Zəncirlikuyu qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Türkiyədə tətbiq olunan dördgünlük karantin səbəbindən dəfn mərasimi keçirilməyib.

Feyzavər Alpsar Turanın dəfnində Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev iştirak edib.

Xatırladaq ki, ötən ilin dekabrında 100 yaşı tamam olan Feyzavər Alpsar Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 17 mart tarixli Sərəncamına əsasən “Dostluq” ordeni, ölkə başçısının digər Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. Azertac

Həmçinin oxuyun

Elmir Mirzəyev “Güllələnmiş heykəllər”in Şuşaya geri qaytarılması haqda: “İnamırdıq ki, bu ola bilər… “

Xəbər verdiyimiz kimi Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş 3 dahi şəxsiyyətin heykəli Şuşaya …