Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Cəmiyyət / Əli Əsədov Tehran Mənsimova lüks avtomobil hədiyyə etdi (FOTO)

Əli Əsədov Tehran Mənsimova lüks avtomobil hədiyyə etdi (FOTO)

Baş nazir Əli Əsədov Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimova lüks avtomobil hədiyyə edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Ə.Əsədov T.Mənsimova son model “Lexsus” markalı bahalı maşın bağışlayıb. Baş nazir bu addımı T.Mənsimovun İkinci Qarabağ döyüşlərində göstərdiyi şücaətinə görə atıb.
Qeyd edək ki, polkovnik T.Mənsimov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində fəaliyyətə başlayıb.
O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2005-ci ildə “İgidliyə görə”, 2017-ci ildə “Vətən uğrunda”, Vətən müharibəsindən sonra isə 2021-ci ildə “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Həmçinin Vətən müharibəsindəki qəhrəmanlığına görə ona ölkə başçısının sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni verilib. 

Həmçinin oxuyun

Əhəd Abıyev məşhur taksi şirkətini alıb digəri ilə BİRLƏŞDİRDİ

Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılıb. Sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, …