Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Cəmiyyət / Əkrəm Həsənovun şirkəti ilə 161 min manatlıq yeni müqavilə bağlandı

Əkrəm Həsənovun şirkəti ilə 161 min manatlıq yeni müqavilə bağlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filialı pensiya, sosial sığorta və sosial müavinət məsələləri ilə bağlı bütün instansiyalarda məhkəmə işləri üzrə hüquqi təmsilçilik və dəstəyin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Belə ki, tenderin qalibi “Əkrəm Həsənov və Partnyorları” MMC-dir.

Qalib şirkətə 160,8 min manat ödəniləcək.

Xatırladaq ki, hüquqşünas Ə.Həsənovun şirkəti ötən il də DSMF-nin bu tenderinin qalibi olub. Həmin vaxt ona 45,2 min manat ödənilmişdi.

Həmçinin oxuyun

Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Nazirlər Kabinetinin sabiq şöbə müdiri vəfat edib. Belə ki, vaxtilə Nazirlər Kabinetinin Kənd təsərrüfatı şöbəsinin …