Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Əkrəm Həsənov: “Belələrinin həyatda qalmağa haqqı yoxdur”

Əkrəm Həsənov: “Belələrinin həyatda qalmağa haqqı yoxdur”

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq edən şəxs istintaqa cəlb edilib.

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq edən şəxs istintaqa cəlb edilib.

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan verilən birgə məlumata görə, futbol üzrə qeyri-rəsmi məşqçi işləyən  Cəlilabad rayon sakini Elsevər Məlikovun rayon ərazisində kirayədə yaşadığı evdə azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə iyulun 16-da rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanılıb. E.Məlikov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı iləz həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bu xəbərin yayılması ötən illərdə geniş müzakirələrə səbəb olan ölüm hökmünün bərpası məsələsini gündəmə qaytarıb. Bu gün dünyanın 52 ölkəsinin hüquq sistemində ən yüksək cəza növü kimi ölüm hökmü qüvvədədir və hər il təxminən 9 min şəxsə bu cəza tətbiq edilir. Ötən il  Türkiyədə pedofillərə qarşı ölüm hökmünün bərpa olunması məsələsi gündəmə gəlmişdi. Həmin günlərdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ölüm hökmü çağırışlarına münasibət bildirərkən bəyan edib ki, bu, elə də sadə məsələ deyil.

“Amnesty International” (Aİ) beynəlxalq təşkilatının hesabatında qeyd edilib ki, 2008-ci ildə 52 ölkədə 8 min 864 cinayətkara ölüm cəzası verilib. Bunlardan 25 ölkədə ən azı 2 min 390 nəfər edam edilib. Dünya üzrə ölüm cəzalarının  72 faizi Çinin payına düşür. Son 10 ildə bu ölkədə edamların sayı ildə 10 minə çatıb. Cənubi Koreyada 1948 -1998-ci illərdə, yəni 50 ildə 900-dən çox şəxs edam olunub. Qonşu dövlətlərdən İranda bu gün ölüm hökmü qüvvədədir. Postsovet məkanı ölkələrinə gəlincə, Qazaxıstanı xüsusi qeyd etmək lazımdır. 90-cı illərin sonunda bu ölkə ölüm cəzasının sayına görə dünyada ilk yerlərdən birini tutub. Dünyada bir sıra ölkələrdə cinayətə görə ölüm hökmü bu günün özündə belə qalmaqdadır.

2019-cu il iyulun 26-da ABŞ-da 16 ildən sonra ölüm hökmlərinin federal səviyyədə icra olunması qərarlaşdırılıb. Birləşmiş Ştatların baş prokuroru Uilyam Barr bununla bağlı bəyanat verib. O, Federal Penitensiar Xidmətə barəsində ölüm hökmü verilmiş 5 məhkumun edam olunması tapşırığını verib. Baş prokuror bildirib ki, edam cəzasına məhkum olunmuş şəxslər uşaqların və ahıl insanların qətli və zorlanması ittihamları ilə həbs ediliblər. Onların edamı bu ilin dekabrında və 2020-ci ilin yanvarında icra olunacaq.

Azərbaycanda 1998-ci ilin fevral ayında Heydər Əliyev tərəfindən Milli Məclisə qanun layihəsi təqdim edilib və nəticə olaraq 10 fevral 1998-ci il tarixli qanun qəbul edilərək ölüm cəzası ləğv edilib. 2000-ci ilin iyun ayınadək qüvvədə olan Azərbaycan SSR Cinayət Məcəlləsində bu cinayətlərə görə ölüm cəzası nəzərdə tutulurdu:

Vətənə xəyanət;

Cəsusluq;

Terror aktı;

Xarici dövlət nümayəndəsinə qarşı terror;

Təxribat;

Banditizm;

İslah-əmək müəssisələrinin işini pozma;

Müharibə dövrü səfərbərlik çağırışından yayınma;

Saxta pul hazırlama;

Bu əmələ görə əvvəl məhkum edilmiş şəxs tərəfindən valyuta əməliyyatları haqqındakı qaydaları pozma;

Dövlət əmlakını və ya ictimai əmlakı xüsusilə külli miqdarda talama;

Ağırlaşdırıcı halda qəsdən adam öldürmə;

Xüsusi təhlükəli resedivist tərəfindən zorlama və ya ağır nəticələrə səbəb olan zorlama, habelə azyaşlını zorlama;

Rüşvət almağa görə (məsul mövqe tutan vəzifəli şəxs tərəfindən, yaxud əvvəllər rüşvətxorluğa görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə və yaxud xüsusilə külli miqdarda rüşvət almağa görə);

Milis işçisinin və ya xalq drujinaçısının həyatına qəsd etmə;

Hava gəmisini qaçırma (ağır nəticələrə səbəb olduqda);

Hərbi cinayətlərə görə (müharibə vaxtı tabe olmama, rəisə qarşı zorakı hərəkətlər, döyüş şəraitində hərbi hissəni özbaşına buraxıb getmə və bir sıra digər cinayətlərə görə).

Həmin illərdə Azərbaycanda ölüm cəzası Bayıl həbsxanasında “ölüm kamerası” adlanan otaqda güllələnmə yolu ilə icra olunub.

Tanınmış hüquqşünas Əkrəm Həsənov uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıq halları və xüsusi qəddarlıqla törədilmiş cinayətlərin ölümlə cəzalandırılmasına tərəfdar olanlardandır. O, Azərbaycanda müəyyən cinayətlər üçün ölüm cəzasının bərpa olunmasını vacib sayır: “Elə cinayətlər var ki, məhz ölümlə cəzalandırılmalıdır. Ölüm cəzası bütün cinayətlərin qarşısını almasa da, müəyyən qisim insanlar bu cəzadan qorxduğu üçün cinayət törətmirlər. Mən də xüsusi hallarda bu cəzanın tətbiqinin tərəfdarıyam. Xüsusən də uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıq halları və xüsusi qəddarlıqla törədilmiş cinayətlərin cəzası bu olmalıdır. Ən əsası, 2 halda – xüsusi qəddarlıqla insanların öldürülməsi və cinsi zorakılığa, xüsusilə azyaşlılara münasibətdə cinayət törədənlərə ölüm hökmü cəzası verilməlidir”.

Hüquqşünas belə cinayətlərə qol qoymuş şəxslər barəsində ölüm hökmünü adi hakimlər deyil, münsiflərin verməsinin tərəfdarıdır: “Cinayət faktına hakimlər deyil, sıravi cəmiyyət üzvlərindən formalaşdırılmış münsiflər heyəti qiymət versin. İngiltərədə, ABŞ-da bu praktika var. Belə cinayətlər törətmiş şəxsləri özlərinə də ölüm cəzası daha optimal cəzadır, nəinki belələrinin həbsxanaya düşməsi. Belələrini cəza yerlərində nələr gözlədiyini əksəriyyət bilir. İllərlə formalaşmış praktika var. Digər tərəfdən, belələri həbsdə olduqları müddətdə bizlərin vergiləri hesabına formalaşan büdcədən onların saxlanmasına vəsait ayrılır. Bu nə dərəcədə doğrudur? Bizim vergi hesabına insanlıq simasını tam itirmiş şəxslər niyə yaşamalıdırlar?”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, istisna hallar üçün ölüm hökmünün bərpa edilməsinin tərəfdarıdır:“Uşaqlara, köməksiz vəziyyətdə olan insanlara, qadınlara qarşı zorakılıq etmiş şəxslərin barəsində belə hökmün çıxarılması vacibdir. Və ya ömürlük həbsə məhkum edilmələri də məqsədəmüvafiqdir. Belə cinayətlərə qol qoymuş şəxslərin ölüm hökmünə məhkum edilməsi canlarının ömürlük cəzadan qurtarılması deməkdir. Törədilən cinayətə bərabər cəza verilməlidir. Belə adamları türməyə ömürlük həbsə göndərmək lazımdır”.

Novella Cəfəroğlu ile ilgili görsel sonucu

Novella Cəfəroğlu pedofiliya cinayətləri törətmiş şəxslərin kastrasiyasının da mümkünlüyünü qeyd edib: “Belə cinayətlər etmiş şəxslər 10-12 il cəza verirlər. Onlar həbsdən çıxandan sonra yenidən eyni cinayətləri törədə bilərlər. Ona görə də reproduktiv orqanların cərrahi müdaxilə yolu ilə çıxarılması da nəzərdən keçirilməlidir. Biz həbs yerlərində monitorinqlər apararkən belə cinayətlər törətmiş şəxslərə digər məhkumların kəskin münasibətini də müşahidə edirik. Onları həbs yerlərində ağır həyat gözləyir. Belələrinə digər məhkumlar salam belə vermirlər”.

Novella Cəfəroğlu deyir ki, bu gün Azərbaycanda məhkəmələrin qanunlardan kənar fəaliyyəti ölüm hökmünün bərpasına imkan vermir: “Hazırda Azərbaycanda məhkəmə sisteminin tam oturuşmaması günahsız insanların ölüm hökmünə məhkum olunma ehtimalını yaradır. Ona görə də ”ölüm hökmü bərpa olunsun” şəklində açıqlamalar verə bilmirik. Amma istisna hallarda belə hökmlərin çıxarılması zərurəti var”. (Musavat/com)

Həmçinin oxuyun

Bakıda yaşayan erməni qadın: “Öz uşaqlarını vəhşiliklə böyüdürlər” – Video

57 ildir ki, Bakıda yaşayır. Burda məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində …