Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Əhməd Şahidovdan Qaxdakı hadisəyə reaksiya: “Səfərdən qayıdan kimi maşınını yandıran veteranla görüşəcəm”

Əhməd Şahidovdan Qaxdakı hadisəyə reaksiya: “Səfərdən qayıdan kimi maşınını yandıran veteranla görüşəcəm”

 Sosial şəbəkələr və KİV-lərdə Qax şəhər sakini, 1-ci qrup Qarabağ əlili Bəxtiyar Bayramov yaşadığı rayondakı  yol polisinin fəaliyyətinə  etiraz olaraq şəxsi maşınını yandırmasına dair məlumat və video yerləşdirilib.  Qarabağ əlili bildirib ki, ona polis tərəfindən yazılmış cərimə məhkəmə tərəfindən ləğv edilsə də, Yol Patrul Xidmətinin rəisi Ayaz adlı şəxs (soyadını dəqiqləşdirmək mümkün olmayıb) cərimənin ləvğ edilməyəcəyini və məhkəməmin qərarını heçə saydığını söyləyib. Nəticədə bir neçə ay get-gələ salınan vətəndaşın cəriməsi 400 manatdan 600 manata yüksəlib. Bəxtiyar Bayramov deyir ki, “VAZ-2109” markalı, 16 BA 253 nömrə nişanlı maşından taksi kimi istifadə edirmiş.

Azinforum.az hadisə ilə bağlı əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi və  son parlament seçkilərində sözügedən rayondan deputatlığa namizəd olan Əhməd Şahidovla əlaqə  saxlayaraq,  yaranmış hadisəyə onun münasibətini öyrənib. Hazırda Avstriyada işgüzar səfərdə olan Əhməd Şahidov saytımıza açıqlamasında bildirdi ki, baş verən hadisə barədə internet resurslarından xəbər tutub:

“Bilirsiniz ki, mənim Qax-la sıx əlaqəm var. Əslən həmin rayondanam. Son parlament seçkilərindəki fəallığım həmin rayonun əhalisi ilə əlqələrimi daha  sıx və intensiv edib. Qarabağ əlilləri bizim fəxrimzdi, onların problemlərinə daha həsas yanaşılmalıdır. Dediyiniz videoya baxdım. Əgər məsələ həqiqətən müharibə veteranının dediyi kimidirsə, mən onun hüquqlarını sona qədər müdafiə edəcəm. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarlarına hamı, o cümlədən yol polisi əməl etməyə borcludur. Əminəm ki, bu məsələ DİN səviyyəsində də araşdırılacaq. Çünki həmin qurum vətəndaşların şikayətlərinə çox operativ reaksiya verir və ədalətli həllinə çalışır.  Məsələnin başqa detalları hələlik mənə məlum  olmadığı üçün, əlavə şərh verə bilmirəm. Söz verirəm ki, səfərdən qayıdan kimi,  mütləq həmin veteranla görüşüb mövzunun  tam  aydınlaşması üçün əlimdən gələn köməyi edəcəm”.

 

ma

 

R.ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın