Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / Əhməd Şahidov: “Vətəni yalnız zəngin olanda sevmirlər”

Əhməd Şahidov: “Vətəni yalnız zəngin olanda sevmirlər”

Hazırda Qətərdə işgüzar səfərdə olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycandakı devalvasiyadan sonra yaranan vəziyyətlə  bağlı öz fikirlərini açıqlayıb. Azinforum.az Əhməd Şahidovun fikirlərini təqdim edir:

“Bu gün Qətərdə benzinin qiyməti 30% bahalaşıb. Bütün yanacaq doldurma məntəqələrində uzun-uzun növbələr var. Məncə, problem bütün dünyada var.
Odur ki, səbrli olmalıyıq. Həyat hər zaman şirin və rahat olmur. İnsanın həyatı enişli-yoxuşlu, xeyir-şərlə keçdiyi kimi, ölkələrin, dövlətlərin də tarixi kəşməkəşli olur. Biz də dünyanın bir parçasıyıq, bu dünyada baş verən hadisələr bizə də təsirsiz ötüşmür.
Belə bir məqamda Dövlətin yanında olmalı və bir vətəndaş kimi Konstitusiyada üzərimizə düşən borcu yerinə yetirməliyik.
Axı Vətəni yalnız zəngin olanda sevmirlər. Neft 190 dollar olanda Azərbaycanı sevib, neft 30 dollara düşəndə xaos yaratmaq – əsl ikiüzlülükdür, xainlikdir, Vətənə xəyanətdir!
Böyük Vətən müharibəsində insanlar ac qalırdılar, amma əldə silah səngərdə vuruşurdular. İşbazlar hər zaman olub və olacaq – unun qiymətini qaldıran, çörəyin çəkisini azaldan və s.. Bu, nəfslə bağlı bir şeydir. İnsan varsa, nəfs də var.
Əsl Vətəndaş isə ən çətin günündə də Dövlətin yanında olandır. Bu Dövləti qanlar bahasına qurmuşuq, illərdir parçalana-parçalana gəlib Vətənimiz, indi də 20 faiz torpağımız işğaldadır.
Vətən, sənə canım fəda deyirik! Gərək buna real həyatda da əməl edək”.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın