Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Əhməd Şahidov ATƏT-in tədbirində Azərbaycana qarşı irəli sürülən iddiaları alt-üst etdi

Əhməd Şahidov ATƏT-in tədbirində Azərbaycana qarşı irəli sürülən iddiaları alt-üst etdi

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib.

Azinforum.az-ın xəbərinə görə, tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər. “Sərbəst toplaşmaq azadlığı” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda sərbəst toplaşmaq azadlığı barədə danışıb və müxalif qüvvələrin son mitinqləri haqqında məlumat verib. Müxalifət partiyalarının bir həftədə 3 dəfə mitinq keçirdiyini diqqətə çatdıran hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərin də bu istiqamətdə qanunvericiliyin daha mükəmməl səviyyəyə çatdırılmasına xidmət etdiyini diqqətə çatdırıb. ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayerin Azərbaycanla bağlı qərəzli çıxışlarına irad bildirən ADİHİ rəhbəri ABŞ-da sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulduğunu deyib və irqi ayrı-seçkiliyin pik həddə olduğunu bildirib.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın