Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Əhməd Şahidov AŞPA Pezidenti Pedro Agramuntla görüşüb

Əhməd Şahidov AŞPA Pezidenti Pedro Agramuntla görüşüb

AŞPA Prezidenti Azərbaycanda insan haqlarının durumu və Bakıya son səfəri barədə təəssüratlarını bölüşüb

Martın 4-də Fransanın paytaxtı Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclası keçirilib. Daimi Komitənin müzakirələrində yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov AŞPA Prezidenti cənab Pedro Agramuntla görüşüb. Görüş zamanı Azərbaycanda insan haqlarının durumu, Bakıya son səfəri və ölkə başçısı Cənab İlham Əliyevlə görüşü barədə fikirlərini bölüşən AŞPA Prezidenti bundan sonra Azərbaycanla münasibətlərdə daha sağlam və dost prinsiplərə üstünlük veriləcəyini də diqqətə çatdırıb.

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və Avropaya inteqrasiya prosesinin daha da sürətləndiyini bildirən ADİHİ rəhbəri AŞPA ilə Azərbaycan arasında münasibətlərin bu prosesə öz töhfəsini verəcəyini deyib.

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın