Ana səhifə / Cəmiyyət / Əhalinin nəzərinə: Sabahdan… – VİDEO

Əhalinin nəzərinə: Sabahdan… – VİDEO

Bayram ərəfəsində bölgələrə üz tutan vətəndaşların sayı adi günlərə nisbətən çox olur. Bununla əlaqədar Bakı Beynəlxalaq Avtovağzal Kompleksi də sabahdan etibarən gücləndirilimiş iş rejimində fəaliyyət göstərəcək. Qurumdan bildirilib ki, sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün, xəttə əlavə avtobuslar buraxılacaq.

Bayrama görə rayonlararası avtobusların sayı artırılacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qurumun mətbuat katibi Samir Səfərov bildirib ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Bundan əlavə, sərnişin axınının çoxalması nəzərə alınaraq, koronavirus pandemiyası ilə əlaqədar avtovağzal və avtostansiyalarda avtonəqliyyat vasitələri, eləcə də gözləmə zalları, xidməti otaqlar, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrdə gündəlik dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılmasına nəzarət gücləndirlib.  Şəhərlərarası, rayonlararası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı respublikanın 56 avtovağzal və avtostansiyasılarına müvafiq tapşırıqlar verilib.

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı məhkəməyə verildi: Həbsi tələb olunur

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri – Bərdə …