Cümə , Yanvar 21 2022
Ana səhifə / Cəmiyyət / Əhali artımı Azərbaycanda yüksəkdir

Əhali artımı Azərbaycanda yüksəkdir

Azərbaycan postsovet məkanında əhalinin artımına görə öndə olan ölkələrdəndir.

Bu barədə Tacikistanın “ASİA Plus” portalı yazıb.

Portal Dünya Bankının məlumatlarına istinadən qeyd edib ki, (+ 40%).

Sovet İttifaqının dağılmasından sonra son 31 ildə ən böyük əhali artımı Tacikistanda qeydə alınıb. Belə ki, bu müddət ərzində Tacikistan əhalisi 76,6 % artıb.

Əhali artımı baxımından seçilən siyahıda ölkələr arasında yalnız Mərkəzi Asiyanın digər ölkələri də var: Özbəkistan (+ 63,4 %), Türkmənistan (+ 59,2 %) və Qırğızıstan (+47,7 %). Nəşr Qazaxıstanın (+14 %) da adını qeyd edib.

Ən aşağı doğum səviyyəsi Baltikyanı ölkələrdə qeydə alınıb: Latviya (-28,3%), Litva (-24,5%). Əhali artımının azlığı ilə seçilən ölkələr kimi Gürcüstan (-23,2 %), Ukrayna (- 20 %), Ermənistan (- 15,5 %), Estoniya (-14,7 %), Moldova (-12 %), Belarus (- 7,8%) və Rusiyanın (-2,9%) adları qeyd edilib.

Həmçinin oxuyun

Yeni icra başçısı kollektivə təqdim olundu

Abşeron Rayon İcra Hakimiyyətinin yeni başçısı Abdin Fərzəliyev kollektivə təqdim olunub. Onu Prezident Administrasiyasının Ərazi-təşkilat …