Şənbə , May 21 2022
Ana səhifə / Cəmiyyət / Əhəd Abıyev: “Pərvin Abıyeva adlı adam tanımıram”

Əhəd Abıyev: “Pərvin Abıyeva adlı adam tanımıram”

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev aktrisa Pərvin Abıyeva ilə bağlı adının hallanmasına münasibət bildirib.

Daşkəsən RİH-dən Pravda.az-a daxil olan məlumatda deyilir:

“Müxtəlif media orqanlarında barəsində yayılan “Əhəd Abıyevlə Pərvin Abıyevanı hansı tellər bağlayır?” başlıqlı əsassız yazıya münasibət  olaraq Əhəd Abıyev bildirir: “Mən həyatda Pərvin Abıyevanı heç vaxt görməmişəm, onunla heç bir əlaqəm olmayıb. Sadəcə soyad uyğunluğumuz var. Onunla heç bir tanışlığımız, qohumluğumuz da yoxdur. Bu yalan, şər və böhtandır, qərəzli şayiədir. Əgər üzr istəyib təkzib verilməzsə, bu yazını yazanı da təzə media qanunları ilə məhkəməyə verəcəm”.

Həmçinin oxuyun

Ramiz Mehdiyevin yaxın qohumu AMEA-dakı vəzifəsindən çıxarıldı

AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin qohumu Akademiyadakı işindən çıxarılıb.Bu barədə KONKRET.az-a məlumat daxil olub.Məlumata görə, …