Çərşənbə axşamı , Dekabr 5 2023
Ana səhifə / Cəmiyyət / Əhəd Abıyev məşhur taksi şirkətini alıb digəri ilə BİRLƏŞDİRDİ

Əhəd Abıyev məşhur taksi şirkətini alıb digəri ilə BİRLƏŞDİRDİ

Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılıb.

Sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilib. Birləşdirilmədən sonra şirkət “Aztaksi” adı ilə fəaliyyətə başlayacaq. Artıq müştərilərə “Az taksi” adı ilə mesajlar da göndərilir.

Qeyd edək ki, *2424 və “Aztaksi” şirkətlərinin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir. Hər iki şirkətə Ə.Abıyev öz yaxın adamlarını rəhbər təyin edərək fəaliyyət göstərir.

Məsələ ilə bağlı Ə.Abıyevdən münasibət öyrənmək mümkün olmayıb.

Həmçinin oxuyun

Anar: “21 mənzili 230 nəfərə necə bölmək olar ki, hamı razı qalsın?”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev ev qalmaqalı ilə əlaqədar yazıçılara cavab verib. O, …