Ana səhifə / Cəmiyyət / Əhəd Abiyev Habil Vəliyevi belə dəstəkləyib – RƏSMİ SƏNƏD

Əhəd Abiyev Habil Vəliyevi belə dəstəkləyib – RƏSMİ SƏNƏD

Sən demə, Əhəd Abiyev nəinki  baş redaktor Habil Vəliyevlə düşmən olub, əksinə, o, 2015-ci ildə Novxanıda Habil Vəliyevə 0,33 sot torpaq bağışlayıb…
Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyevi və onunla əlbir olaraq vəzifəli şəxsləri şantaj etməklə, bəzi şəxslərin övladlarının gizli intim videolarını çəkərək pul almaları və s. əməllərinə görə həbs edəndən sonra bu adamların hansı yüksək çinli məmurlar tərəfindən himayə edildikləri sualı ortaya çıxdı. Mətbuatda çox yazılıb ki, belə çirkin işlərlə məşğul olanları sonradan məhkəmələrə verdikdə belə onlara heç bir halda cəza təyin etmək mümkün olmayıb. Amma artıq sular durulmaqda, Habil Vəliyev və onun başçılıq etdiyi dəstəni himayə edənlərin kimliyi ortaya çıxmaqdadır…

Sumqayıtın icra başçısı Zakir Fərəcov Habil Vəliyevi himayə edirmiş?

Dünən Daşkəsənin icra başçısı Əhəd Abiyev şok ittiham irəli sürmüşdür. Onun açıqlamasından belə çıxır ki, artıq Habil Vəliyev istintaqa ifadələrində artıq hansı məmurların dar ayaqda onu müdafiə etdiyini, onu kimlərin dəstəklədiyini və s. Etiraflamağa başlayıb. Külli ictimaiyyət bilir ki, Habil Vəliyevin rəhbəri olduğu «Gündəlik Bakı» Azərbaycanda şantaj etmədiyi məmur qalmamışdısa da, lakin onun daim təriflədiyi, göylərə qaldırdığı məmurlardan birincisi Daşkəsən RİH-nin başçısı Əhəd Abiyev olub. Amma dünən Əhəd Abiyev nədənsə tamam fərqli bir iddia ortaya sürdü. Budur, o, “Ölkə.Az” saytına açıqlamasında Habil Vəliyev haqqında nələri deyib: “O vaxtı məndən dayanmadan şər-böhtan yazılar yazırdı. Məqsədi nə idi? Kim idi onun qəzetini oxuyan? İndi içəridə mələyir! Şantajla, böhtanla video-çəkilişlər aparırdı… Tələbə qızları müəyyən adamlarla görüşdürürdü, sonra da onları bir yerdə çəkib şantaj edirdi. Bu cür adamlar “jurnalist” adı ilə cəmiyyətdə meydan oxumaq istəyirdi. Həmin adamlara qarşı sərt tədbir görülməsi vacibdir… Akademik Ramiz Mehdiyev öz çıxışında dedi ki, iqtidarda olan bəzi məmurlar “reket” fəaliyyətlə məşğul olan jurnalistlərə şərait yaradırlar, vəzifəli şəxslər onlara pul göndərir və sairə. Problemin kökü bununla bağlıdır. Məmur niyə görə onlara pul verməlidir? Ramiz müəllim doğru söyləyir də!».
Bununla kifayətlənməyən Əhəd Abiyev «Reket» fəaliyyətdə ittiham olunaraq həbsə alınan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun himayə etdiyini deyir: “Bəli, onlar da vaxtı ilə “reket” fəaliyyətlə məşğul olurdular, mənim onlardan şikayətim olub. İndi öz cəzalarını çəkirlər. Hətta, məhkəmədə də onları udmuşam. Sonra Habil özü ağsaqqal tapıb gəlib mənimlə barışmağı istəyib. Sumqayıtın indiki icra başçısı olan Zakir Fərəcova demişdi. Zakir müəllim də məndən xahiş etdi ki, əmioğludur, Habili bağışla, mənə görə keç günahından. Mənim kəndçim, yerlimdir… Mən də Zakir müəllimə dedim ki, baş üstə, edərəm!”

Bəs əsil həqiqət necədir?

«Təzadlar»a daxil olmuş biri sənəd Daşkəsən RİH başçısı Əhəd Abiyevin söylədiklərinin tamamilə əksini deyir. Belə ki, 2015-ci ilin martın 26-da Sabirabad rayonunun Xankeçən kənd sakini Ağayev Rauf Ağa oğlu ailə üzvləri ilə birlikdə yaşadığı (Abşeron rayonu, Novxanı qəsəbəsi, Sabit Orucov küçəsi) və yaxın qohumu M.İbrahimova məxsus ağ evinə Habil Vəliyev tərəfindən edilmiş basqınla əlaqədar DİN-nin 102 xidmətinə, Abşeron rayon Polis Şöbəsinə etdiyi şikayətlər edir… Sonra həmin şikayətlərlə bağlı Abşeron RPŞ-də araşdırma aparılır. Müstəntiqin qərarının tam təfsilatını qoyuruq bir kənara, bu başqa mövzudur. Lakin aparılan təhqiqat zamanı «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyev polisə gətizdirilir və o, ifadə verir… O, izahatında göstərir ki, guya basqın etdiyi ev və torpaq sahəsi ona məxsusdur… Lakin elə müstəntiqin qərarında da yazılır ki, sən demə, bu basqında başqa niyyət var. Məqsəd Habil Vəliyevin yaxın dostu olan «Bakı Mərkəzi Bazar» MMC-nin sahibi Vaqif Şıxəliyevin qudası, hazırda düşməni hesab etdiyi Məmmədağa İbrahimova «ilişmək»dir. İş materiallarında 2000-ci ildən M.İbrahimova məxsus bağ sahəsinin mülkiyyət hüququ verən şəhadətnaməsi, Əmlak Komitəsinin ərazi idarəsinin müvafiq rəsmi sənədləri, Abşeron RPŞ-nin müvafiq qərarı, Dövlət Əmlak Komitəsi 4 saylı Ərazi İdarəsinin əməkdaşlarının GPS sistemli ölçü qurğuları ilə torpaq sahəsinin kordinatlarını müəyyən edən sxem, kosmosdan çəkilmiş eskiz-xəritə və digər rəsmi sənədlər vardır. Müstəntiq qərarında yazır ki, sən demə, Habil Allahverdi oğlu Vəliyev (“Gündəlik Bakı” qəzetinin baş redaktoru) tərəfindən mübahisələndirilən və GPS-lə ölçülən və qeyd nömrəsi 1223 olan 0,33 ha torpaq sahəsi əvvəllər Novxanı kənd sakini Quliyev Səbaət Sərdar oğluna məxsus olmuş, o, 8 may 2014-cü ildə Vaqif Şıxəliyevə satmışdır. Vaqif Şıxəliyev GPS-lə ölçülən və qeyd nömrəsi 1223 olan həmin 0,33 ha torpaq sahəsini az sonra Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyevə satmışdır (Bunlar rəsmi sənədlərdə yazılıb). Əhəd Abiyev də GPS-lə ölçülən və qeyd nömrəsi 1223 olan həmin 0,33 ha torpaq sahəsini Vaqif Şıxəliyevdən alandan 20 gün sonra, yəni 10 mart 2015-ci ildə Habil Allahverdi oğlu Vəliyevə alqı-satqı ilə bağışlayır. Niyə «bağışlayır» deyirik, çünki notarial qaydada torpağın qiymətləndirilərək satıldığı pul məbləği barədə ortada heç bir rəsmi sənəd mövcud deyildir…
Nəhayət, bu da sübut: Abşeron RPŞ-nin müstəntiqi, polis kapitanı A.Gülməmmədovun 23 aprel 2015-ci il tarixli qərarında məlum torpaq qalmaqalına tam aydınlıq gətirilir (qərar tam şəkildə redaksiyadadır). Qərara diqqət edin: “…İzahatı alınmış Vəliyev Habil Allahverdi oğlu bildirmişdir ki, 10.03.2015-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində 0,33 ha torpaq sahəsini notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Abıyev Əhəd Mikayıl oğlundan almışdır…”.
Əhəd Abiyev Habil Vəliyevi belə dəstəkləyib-RƏSMİ SƏNƏD
Beləliklə, təkcə bu rəsmi sənədlər sübut edir ki, Habil Vəliyevlə elə ən yaxın dost və onunla yaxın olan, dəstəkləyən elə Daşkəsənin İcra başçısı Əhəd Abiyev olmuşdur, Sumqayıtın icra başçısı Zakir Fərəcov yox…

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın