Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Cəmiyyət / “Əgər qadın itdən uşaq doğubsa, həmin məxluq da namaz qılmalıdır…” – Rəzalət

“Əgər qadın itdən uşaq doğubsa, həmin məxluq da namaz qılmalıdır…” – Rəzalət

Bu əcaib-qəraib “təlimat” Ruhani İdarənin Ekspertlər Şurası tərəfindən rəy verilmiş bir kitabda yazılıb….
Dağıstanda  Axmad-xadji İsayev adlı müəllifin  “Sadə xalqın Allahın dinini anlaması üçün nəsihətlər” (“İrşadul-avam ila fiqhi dini xalikil  anam”)adlı kitabı nəşr edilmişdir.
Moderator.az bu haqda Rusiya mediasına istinadla yazır. Xəbərdə deyilir ki, həmin nəşr mömin müsəlmanlar üçün dini təlimat  kimi təbliğ edilir. “Daha dəqiq deyilsə,  avar dilindən ruscaya tərcümə edlmiş bu kitab müəlliflər tərəfindən sünni dini-hüquqi məktəblərinin 4 klassik məzhəbindən biri olan şafii məzhəbinin İslam hüququ(fiqh) üzrə məlumat kitabı olaraq  təqdim olunur. Buna rəğmən həmin kitabın səhifələrində şəriət-hüquq normaları gözlənilməz tərzdə daha çox  qulyabanılardan bəhs edən dəhşət nağıllarına bənzəyən uydurmalarla çuğlaşır. Belə ki, kitabın 33-cü səhifəsində müəllif  belə bir parça təqdim edir:”Əgər qadın itdən uşaq doğubsa, yaxud qancıq it kişidən doğubsa, doğulan məxluq insan sifətindədirsə, o zaman ona qarşı  da  itə və ya donuza edilən tələblər tətbiq edilir. Həddi-büluğa çatdıqdan sonra  həmin insan da namaz qılmalı, oruc tutmalı və digər şəriət tələblərini yerinə yetirməlidir…”
Bəlkə də bu kitaba diqqət etməmək olardı. Bu gün azmı belə  saxta nəşrlər buraxılır? Ancaq  bir fakt diqqət çəkir. Bu kitabın tərcüməsi Dağıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin Ekspert Şurası tərəfindən təqdir və  tövsiyə edilmişdir. Bundan əlavə, Dağıstan müftisi Axmad Abdullayev bu nəşrə ön söz yazmışdır:”Qoy Allah bu kitabın müəllifinin və  burada oxunanlara əməl edənlərin hər yazılan və ya oxunan hərf üçün  savabını min dəfə artırsın…”
P.S.  Güman edirik ki, Azərbaycan din xadimləri də İslam əxlaqına zidd, anlaşılmaz, əcaib-qəraib fikirlər səslənən sözügedən nəşrə öz münasibətini bildirəcək. Hətta şeyxülislam Allahşükür Paşazadə də bütün Qafqaz müsəlmanlarının bir rəhbəri kimi İslam dininin gözdən salınmasına, onun cəhalət, möhumat dini kimi təbliğ edilməsinə şərait yaradılmasına yönəlmiş belə fikirlərin kitablarda dərc olunmasının qarşısını almaq üçün tədbirlər görə bilər. Həm də ona görə ki, bu cür nəşrlərin qonşu ölkə vasitəsilə Azərbaycana da  yayılaraq dinimizlə yeni tanış olan  gənclərimiz  tərəfindən də oxunması mümkündür….

Həmçinin oxuyun

“İnək, qoyun kimi cütləşib artıb-törəməklə iş bitmir” – Seymur Baycan

Yazıçı Seymur Baycanın “Bazarda kənd toyuğu axtararkən başıma girən mövzu” yazısını təqdim edirik. Yiyəsiz qoyunu …