Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Cəmiyyət / Əfv olunan 11 qadın azadlığa buraxıldı

Əfv olunan 11 qadın azadlığa buraxıldı

Əfv sərəncamı 4 saylı cəzaçəkmə müəssisəsində icra edilib.

Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində 12 qadına şamil edilib.

Onlardan 11 nəfəri azadlığa buraxılıb, bir qadının cəza müddəti yarıya endirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ümumilikdə 625 nəfərə şamil olunub.

Həmçinin oxuyun

Peyvənd olunmayanları cəza gözləyir? – Açıqlama

“Vaksinasiya insanların könüllü və şüurlu şəkildə, öz sağlamlığına münasibətini göstərən tibbi addımlardan biridir. Vaksinasiyanı hansısa …