Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Əfv Komissiyası 400-dən çox müraciətə baxıb

Əfv Komissiyası 400-dən çox müraciətə baxıb

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

İclasda daxil olan müraciətlərin daha bir hissəsinə baxılıb.

Bildirilib ki, indiyədək 400-dən çox müraciətə baxılıb, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.

Qeyd edək ki, Komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir. (Report)

Həmçinin oxuyun

“Qələbə çox yaxın zamanda olacaq”

Azərbaycan Ordusu uğurlu döyüşlər aparır. Biz müharibə edirik, düşməni öz ərazilərimizdən vurub çıxarırıq. Ordumuzun addımlarını …