Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Əflatun Amaşova yeni vəzifə verilir

Əflatun Amaşova yeni vəzifə verilir

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin olunması təklif edilib.

Bu barədə “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” sənəddə əksini tapıb. Sənədə əsasən Ə. Amaşov bu vəzifədə Qənirə Paşayevanı əvəz edəcək.

Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında bu məsələyə baxılacaq.

Əflatun Amaşov AzVision.az-a açıqlamasında rəhbər təyin olunması ilə bağlı təklifi etimad kimi qiymətləndirdiyini deyib.

Deputat Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olarsa, əlaqələrin daha da möhkəmlənməsi üçün çalışacağını deyib.

“Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi və mədəni baxımdan geniş əlaqələr mövcuddur. Bu əlaqələrin daha da möhkəmlənməsi üçün bütün bacarıqlarımızı göstərəcəyik. Həmçinin Gürcüstanda 500 minə yaxın soydaşımız var. Onların içində olmaq, problemlərini öyrənmək və həllində soydaşlarımıza kömək etmək başlıca vəzifə olmalıdır”-deyə MŞ sədri vurğulayıb.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …

Bir cavab yazın