Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Cəmiyyət / ƏDV-nin ləğvinə görə bu deputata təşəkkür düşür… – Naşirlər

ƏDV-nin ləğvinə görə bu deputata təşəkkür düşür… – Naşirlər

“Bu qərar qüvvəyə minəndən sonra kitabların qiyməti düşəcək, oxucuların sayı artacaq, yazıçılıq stimullaşacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu ölkəyə idxal olunan kağız və kağız məhsullarına tətbiq edilən ƏDV-nin ləğv edilməsi ilə bağlı qərar qüvvəyə minəndən sonra kitab sənayesinin vəziyyətinin necə ola biləcəyindən danışarkən deyib. Naşirin fikirincə, ondan sonra daha çox əsər yazılacaq:
“Kitab sənayesi mətbəədən tutmuş kitab dükanına qədər dəyişəcək”.
“Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli bundan çox sevindiyini bildirib:
“Biz çox sevinirik ki, bu məsələyə Milli Məclisdə ciddi yanaşıldı. Xüsusi təşəkkür deputat Tahir Mirkişiliyə ünvanlanır, bu onun təşəbbüsüdür. Biz uzun müddətdir ki, kitab satışı ilə bağlı ƏDV-in yığışdırılmasını istəyirdik, bu aksiyaya başlamışdıq. Amma bizi eşidən olmadı, Vergilər Nazirliyi bizə çox aqressiv yanaşdı. Bu, normal bir şeydir, bütün dünyada kitab üzərində ƏDV yığışdırılıb. Kitab xüsusi məhsuldur. Bu proses artıq başlayıb. İnanıram ki, qısa zamanda çox şad xəbər eşidəcəyik”.
Nigar Köçərli bu gün Milli Məclisdə keçirilən tədbirdən də söz açıb:
“Tədbirdə qanuna ediləcək dəyişikliklərlə bağlı ictimai müzakirə aparılırdı. Biz bir kitab mağazaları şəbəkəsi olaraq böyük çətinlik çəkirik. ƏDV ödəyicisiyik, ortada olan yazıçı və şairlər bizim mağazalarımızda kitab satmağa çətinlik çəkirlər. Onlar ƏDV-dən azad deyillər. Mən bu gün tədbirdə də dedim, əgər ƏDV ləğv olunsa, kitabçılar şəffaf işləməyə çalışacaq. Bu, çox sərfəlidir”.

Həmçinin oxuyun

Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Nazirlər Kabinetinin sabiq şöbə müdiri vəfat edib. Belə ki, vaxtilə Nazirlər Kabinetinin Kənd təsərrüfatı şöbəsinin …