Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Əcnəbilərin Azərbaycandan övladlığa uşaq götürməsi qaydaları dəyişir

Əcnəbilərin Azərbaycandan övladlığa uşaq götürməsi qaydaları dəyişir

Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sağlam uşaqları övladlığagötürmə ilə bağlı məhdudiyyət götürülür.

Bu barədə məlumatı Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov verib. O bildirib ki, əslində indiyədək də rəsmi olaraq övladlığagötürülmə qaydalarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ancaq sağlamlıq imkanı məhdud uşaqların verilməsi barədə şərt olmayıb. 

Amma əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha çox sağlamlıq imkanı məhdud uşaqlar təklif olunub: “Övladlığagötürmə ilə bağlı yeni qaydalarda belə bir şərt olmayacaq. Azərbaycan vətəndaşları kimi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də sağlam uşaqlar övladlığa veriləcək. Amma valideyn namizədin özü könüllü olaraq bunu istəyəcəksə, bu halda da sağlamlıq imkanı məhdud uşağı saxlamaq üçün şəraiti olduğu halda razılıq veriləcək”.

F. Ələkbərov bildirib ki, amma övladlığagötürmə ilə bağlı müraciətlərin qəbulu, yoxlanılması məsələlərində qaydalar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bir qədər fərqli olacaq. Buna da səbəb həmin şəxsin başqa ölkədə yaşaması, bir sıra məlumatların elektron qaydada yoxlanılmasının mümkün olmamasıdır.

Həmçinin oxuyun

Şirkət rəhbəri prezidentə müraciət etdi

“Azər-Rabitə” MMC-nin direktoru Fikrət Fərzəliyev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  müraciət edib. …