Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Əcnəbilərə verilən azərbaycanlı uşaqların sayı AÇIQLANDI

Əcnəbilərə verilən azərbaycanlı uşaqların sayı AÇIQLANDI

Ötən il ərzində 345 nəfəri oğlan, 315 nəfəri isə qız olmaqla ümumilikdə 660 uşaq, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla 14 uşaq övladlığa götürülüb. 
Əvvəlki 3 illə müqayisədə övladlığa götürülən uşaqların sayı azalıb. 
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə 751 uşaq övladlığa götürülüb və onlardan 14-ü əcnəbilərə övladlığa verilib. 2017-ci ildə bu göstəricilər müvafiq olaraq  877 və  28 uşaq, 2016-cı ildə 773 uşaq və 14 uşaq olub. 
Onu da bildirək ki, 2019-cu ildə övladlığa götürülən uşaqlardan 175 nəfəri 1 yaşadək, 296 nəfəri 1-5 yaş, 115 nəfəri 6-10 yaş, 74 nəfəri isə 11-17 yaş arasında olub.  Yeniavaz.com

Həmçinin oxuyun

Xudavəng monastırı ilə bağlı erməni yalanları – VİDEO

Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl …