Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Cəmiyyət / Əbülfəs Qarayevdən Afətin ifasına reaksiya

Əbülfəs Qarayevdən Afətin ifasına reaksiya

“Mən, ümumiyyətlə, yaradıcı prosesə həssaslıqla yanaşmanı tövsiyə edirəm. Xüsusilə nüfuzlu insanların mahnılarını belə tərzdə ifa etmələrinə qarşıyam”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlini ifa etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, daxili nizam olmalıdır: “Elə əsərlər var ki, uğurlu və uğursuz olur, tənqidlərə məruz qalır. Buradan tövsiyə edirəm ki, Azərbaycanın böyük tarixi mirası var. Bunu müasir şəkildə, yeni formalarda təbliğ etməkdə nümunə olmalıdırlar.

Azərbaycanda senzura yoxdur. Lakin rəsmi məktub yaza bilərəm ki, bu cür nümunələri bir qədər yığışdırsınlar”.

Həmçinin oxuyun

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər …