Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Cəmiyyət / Əbu Bəkr Məscidi sökülüb yenidən tikiləcək?

Əbu Bəkr Məscidi sökülüb yenidən tikiləcək?

Əbu Bəkr məscidinin bərpası və möhkəmləndirilməsi işlərinin layihə-smeta sənədlərinin hazırlanması üzrə tenderdə “Opus” şirkəti qalib gəlib. Lakin baxmayaraq ki, rəsmi sənədlər yoxdur, inşaatçılar işə başlayıblar.

Dövlət satınalmalarının vahid elektron portalına əsasən, Bakıda 1997-ci ildə tikilmiş “Əbu Bəkr” məscidinin bərpası və möhkəmləndirilməsi işlərinin layihə-smeta sənədlərinin hazırlanması üzrə açıq tender noyabrın 4-də başa çatıb.

“Opus” şirkəti bu xidmətlərə görə 115 min manat (67,5 min dollar) alacaq. Layihə-smeta sənədləri 2 ay ərzində hazırlanmalıdır.

Layihə-smeta sənədlərinin sifarişçisi Bakı şəhər İcra Hakimiyyətinin struktur bölməsidir. Turan İnformasiya Agentliyi Bakı şəhər İcra Hakimiyyəti yanında “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Tender komissiyasından müvafiq layihənin olmadığı şəraitdə bərpa və möhkəmləndirmə işlərinin aparılması faktı ilə bağlı şərh ala bilməyib.   

 “Opus” MMC 2010-cu ildə memar Ədalət Məmmədov tərəfindən təsis edilib. 

Həmçinin oxuyun

Əli İnsanovu toya buraxmadılar

Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov toy mərasiminə buraxılmayıb. Sabiq nazir paytaxtın Xətai rayonu …