Bazar , Yanvar 24 2021
Ana səhifə / Cəbhə Xəbərləri / “Zəfər” və “Qarabağ” ordenləri belə olacaq – Foto

“Zəfər” və “Qarabağ” ordenləri belə olacaq – Foto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar” qanun  layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.  

“Qafqazinfo” xəbər verir ki, qanun layihəsinə 1-ci maddədə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni; hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilməsi təklif edilib 

“Zəfər” ordeni; 

“Qarabağ” ordeni. 

1.2. 2-ci maddəyə “Qızıl Ulduz” medalı;” hissəsindən əvvəl “Vətən Müharibəsi Qəhrəmanı” medalı;” hissəsi və “İgidliyə görə” medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilməsi təklif edilir. 

“Cəsur döyüşçü” medalı; 

“Döyüşdə fərqlənməyə görə” medalı; 

“Suqovuşanın azad olunmasına görə” medalı; 

“Cəbrayılın azad olunmasına görə” medalı; 

“Xocavəndin azad olunmasına görə” medalı; 

“Füzulinin azad olunmasına görə” medalı; 

“Zəngilanın azad olunmasına görə” medalı; 

“Qubadlının azad olunmasına görə” medalı; 

“Şuşanın azad olunmasına görə” medalı; 

“Kəlbəcərin azad olunmasına görə” medalı; 

 “Ağdamın azad olunmasına görə” medalı; 

 “Laçının azad olunmasına görə” medalı; 

 “Vətən müharibəsi iştirakçısı” medalı; 

 “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı;” 

Günel Türksoy

Həmçinin oxuyun

Qarabağda daha 30 erməni hərbçisinin meyiti tapılıb

Qarabağda axtarış işləri zamanı Azərbaycan erməni tərəfinə 30 hərbçinin qalıqlarını təqdim edib.  Virtualaz.org erməni KİV-inə …