Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Yeni develvasiya heç də asan qərar deyilVüqar Bayramov 

Yeni develvasiya heç də asan qərar deyilVüqar Bayramov 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin ötən həftə valyuta bazarında apardığı monitorinqlərin nəticələrinə görə, vətəndaşların dollara tələbatı azalsa da biznesin xarici valyuta tələbi kəskin dəyişməyib. Vətəndaşlar daha çox dollar satsalar da biznes subyektləri hələlik xarici valyutalar üzrə ciddi təklif formalaşdırmırlar. Bununla yanaşı, bütövlükdə, dollar təklifinin artdığı müşahidə edilir. Bu isə o deməkdir ki, aprelin əvvəllərində dollar intervensiyasını artıran Mərkəz Bankı ayın digər günlərində valyuta müdaxiləsini azalda bilib. Dollara tələbin azalması vətəndaşların əvvəlki aylarda dəyişdirdikləri xarici valyutaları cari xərclər üçün yenidən milli valyutaya çevirməsi ilə bağlıdır. Doğrudur, riskləri sığortalamaq üçün vətəndaşlar yenə də yalnız cari xərclər üçün az məbləğdə valyuta dəyişməyə imkan verirlər. Eyni zamanda, milli valyutanın rəsmi məzənnəsində son 2 həftədə müşahidə edilən müqayisəli artım dollara psixoloji tələbi azaldıb. Azərbaycan neftinin dünya bazar qiymətinin son zamanlar stabilləşməsi də Mərkəzi Banka müəyyən nəfəs verə bilib. Digər tərəfdən, əsas ticarət tərəfdaşlarımızda milli valyutalarının stabilləşməsi də manata təzyiqi azaldıb. Eləcədə, kommersiya banklarının kreditləri, demək olar, yalnız dollar ilə təklif etməsi də bu xidmətdən yararlanan vətəndaşların xarici valyuta təklifini artırıb.
Milli valyutanın rəsmi məzənnəsi həftəyə möhkəmlənmə ilə başladı. Təbii ki, əsas sual manatın məzənnəsini növbəti dövrdə necə dəyişməsi ilə bağlıdır. Sözsüz, manatın məzənnəsi inzibati yol ilə tənzimləndiyi üçün, prosesdə bazarın rolu olmadığı üçün proqnoz vermək çox çətindir. Amma milli valyutanın məzənnəsi neftin dünya bazar qiymətindən asılı olmaqla yanaşı, yeni develvasiya yalnız vətəndaşlara deyil, eyni zamanda kommersiya banklarına və biznesə mənfi təsir göstrərə bilər. Bu xarıcı valyuta ilə öhdəliyi olan bankların ödənişləri yerinə yetirməkdə ciddi çətinliklə üzləşməsinə, vətəndaşların isə dollar ilə götürülən kreditlərin qaytarılmasında ciddi problemlərə səbəb ola bilər. Buna görə də, Mərkəzi Bank üçün yeni develvasiya heç də asan qərar deyil. Digər tərəfdən, əgər neftin dünya bazar qiyməti hər barel üçün 70 dollarlıq psixoloji həddi keçib stabilləşərsə o zaman tədiyyə balansındakı profsit pul dövriyyəsində dollar kütləsini artıracaq ki, bu da manat təklifini azaldacaq. Başqa tərəfdən Mərkəzi Bank və eləcə də hökumət dolayı vasitələr ilə dollara olan tələbi azaltmağa çalışmalıdır. Qiymətli kağızlar bazarının ölkəmizdə zəif inkişaf etməsi əhalinin qeyri-valyuta yığım imkanlarını xeyili məhdudlaşdırır ki, bu da bütövlükdə dollara tələbin yüksəlməsini şərtləndirir.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın