Şənbə , Avqust 13 2022
Ana səhifə / Cəbhə Xəbərləri / “Yaxın 1-2 ay ərzində, xüsusilə Laçın istiqamətində mühüm dəyişiklik gözlənilir”

“Yaxın 1-2 ay ərzində, xüsusilə Laçın istiqamətində mühüm dəyişiklik gözlənilir”

Artıq Rusiya sülhməramlı qüvvələrinin Qarabağın dağlıq ərazilərinin bir hissəsində yerləşməsindən 1 il 8 aydan çox vaxt keçib. Lakin buna baxmayaraq, 4 komandir dəyişən sülhməramlıların fəaliyyətində təəssüflər olsun ki, heç bir dəyişiklik yoxdur.

Rüstəm Muradovun ötən ilin noyabrında estafeti “Abxaziya cəlladı” ləqəbli Mixail Kosobokova ötürməsindən dərhal sonra rəsmi Bakının etiraz etməsi, yerini rahatlamamış Kosobokovun təcili surətdə postdan alınması və onun yerinə nisbətən mülayim Gennadi Anaşkinin rəhbərliyə gətirilməsi ilə əvəzləndi.

Amma bu da son olmadı və artıq 7 aydan çoxdur sülhməramlı qüvvələrə Andrey Volkov rəhbərlik edir. Xocalı rayonunun Pirlər kəndi yaxınlığındakı üzüm bağlarında biznes quran Volkov öz “canavarlığını” sələflərinin siyasətinə sadiq qalaraq “dilsiz-ağılsız” erməniləri müdafiə etməklə göstərməyə çalışır.

Qısacası, bölgədəki sülhməramlı qüvvələrin ermənipərəst mövqeyi dəyişməyib və həmin hərbi kontingent hələ də bölgədə ermənilərin hamisi rolunda çıxış edərək neytrallıqdan uzaq qanunsuz hərəkətlərə rəvac verir.

Sülhməramlıların Azərbaycan ərazisində fəaliyyət göstərdiklərini xatırladan ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyev Yenisabah.az-a açıqlamasında ölkə başçısının bu barədəki son çıxışını dilə gətirib:

“Son dəfə də cənab Prezident ilin 6 ayına həsr olunmuş müşavirədə kifayət qədər ciddi siqnallar verdi. Bu siqnallar həm Qarabağdan erməni silahlılarının çıxarmayan Ermənistan rəhbərliyinə, həm də bu çıxarmanı təmin etməyən Rusiya sülhməramlılarına aid idi.

Belə olan halda, əgər əks iki tərəf üzərinə götürdüyü birgə bəyanatın şərtlərini yerinə yetirmisə, Azərbaycan da bu şərtlərdən rahatlıqla imtina edə bilər. Hesab edirəm ki, yaxın günlərdə ölkə başçısının bəyanatının ərazidəki təsdiqini görməyəcəyik. Yaxın 1-2 ay ərzində, xüsusilə də Laçın istiqamətində və Qarabağın sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdən erməni silahlılarının çıxarılması üçün mühüm dəyişikliklər gözlənilir”.

Həmçinin oxuyun

Bu hərbçilər ordudan uzaqlaşdırıldı

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu …