Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Ukraynalı ekspert: “Güman ki, yaxın günlərdə Ermənistan şərtləri qəbul edib, təslim olacaq”

Ukraynalı ekspert: “Güman ki, yaxın günlərdə Ermənistan şərtləri qəbul edib, təslim olacaq”

Ukraynalı hərbi ekspert-blogegr Yuri Podolyak Qarabağ müharibəsində 16 oktyabrda baş verənləri şərh edib. “Hadrut uğrUnda döyüşlər bitdi. 16 oktyabr – cənub- şərqi Qarabağ ermənistan üçün artıq itirilib” başlıqlı video şərhində bizim üçün əhəmiyyət kəsb edən şərhlər verib. İctimai fəal Sənan Nəcəfovun tərcüm edib hazırladığı materialı təqdim edir:

“Belə görünür ki, Ermənistan ordusu, böyük ehtimal ki, Hadrut döyüşlərini tam məğlub olub, köhnə mövqelərini buraxaraq, geriyə, dərinlikdə yeni mövqelərə çəkilir”-deyə reportaja başlayan ukraynalı hərbi ekspert elə startdaca əlavə edib ki, münaqişə sona çatmaq üzrədir və bu da Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində baş tutub.

Sonra Yuri Podolyak ötən gün nə baş verdiyini izah edib:

“Azərbaycan Ordusu Hadrutdan şimalda olan yüksəkliklərə doğru irəliləyərək, oraları 30 ildən sonra geri qaytarıblar. Yüksəkliklərin tutulması isə bu istiqamətdə keçirilən əməliyyatlar üçün sınma nöqtəsi olub. Azərbaycan tərəfi o yüksəklikləri rahatlıqla ələ keçiriblər. Əslində ermənilər üçün həmin yerləri əldə saxlamağın bir mənası da qalmamışdı.”

Hərbi ekspert davam edərək deyir: “Azərbaycan tərəfinin açıqlamalarından, ermənilərin videolarından belə anlaşılır ki, Azərbaycan Ordusu Hadrutdan Dağlıq Qarabağın içərilərinə gedən yola yaxınlaşırlar. Əks tərəf artıq buranı tərk edib”.

Döyüşün aparılma metodologiyasına gəldikdə isə ukraynalı ekspert 2 məqama xüsusi diqqət çəkib. Onlardan biri PUA-lardan istifadənin azalması ilə bağldır. Podolyak bu məqamla bağlı 3 versiya səsləndirib.

1. Ola bilsin ki, Azərbaycanın pilotsu uçuş aparatları tükənmək üzrədir. Hərçənd bu versiya az ehtimal olunur.

2. Erməni qüvvələr əks-hücuma keçməyə gücləri yoxdur, yalnız geri çəkilirlər. Eyni zamanda nə zirehli maşınlarla əks-hücum var, nə də artilleriya ilə zərbələri Bu səbəbdən Azərbaycan tərəfi erməni kolonlarına zərbə vurmur. Azından ona görə ki, artıq o qüvvələr yoxdur…

3. Nəhayət bəlkə də 3-cü həftənin sonunda ermənilər PUA-lardan yayınmağın yollarını tapıblar. Hərçənd bu da inandırıcı görünmür.

İkinci məqam isə ermənilərdə canlı qüvvənin tamamilə azalması ilə bağlıdır. Azərbaycan Ordusu zəif nöqtələri tapır, ciddi hücum əməliyyatı keçirir və düşməni qaçmağa məcbur edir. Beləliklə, sürətlə əsas yüksəkliklərin ələ keçirilməsi baş verir. Erməniləri isə geriyə, geriyə, bir az da geriyə çəkilməyə məcbur edirlər.

“Bu ona görə baş verdi ki, döyüşlər düzənlikdən dağlara keçir. Orada isə ermənilər yaşayırlar və həmin yerlərdə minalı sahələr yoxdur. Döyüş cəbhəsinin uzunluğu 400 km-dir. Ermənilərin isə cəm halda 40-45 min canlı qüvvəsi var. Onların az hissəsi Qarabağda qalıb. Son döyüşlərdə Azərbaycan tərəfinin əməliyyatları nəticəsində ilkin hesablamalarla haradasa 5 min canlı qüvvə itiriblər. Beləliklə ermənilər Azərbaycan tərəfinin sərt hücum əməliyyatlarının qarşısını ala bilmirlər. Azərbaycan tərəfi sanki kağızı bükürmüş kimi qarşı tərəfi bir yerə toplayır”-deyən Y. Podolyakın sözlərinə görə, əslində ermənilər Hadrut ətrafındakı təpə və yüksəklikləri nəyin bahasına olur-olsun qoruyub saxlamalı idilər. “Lakin belə müqavimət görmədik. Azərbaycan tərəfi elə ki, yüksəklikləri əldə etdilər hər şey pərən-pərən oldu. Ya erməni tərəfinin səbatsızlığıdır, ya Azərbaycanın XTQ-lərin sürətli və effektiv işidir. XXQ ilk olaraq snayper nöqtələrini sıradan çıxartdılar, bununla da sanki təlimdə hücum manevr edirmişlər kimi irəlilədilər. Bütün erməni müdafiəsi dağıldı və ermənilər mövqelərini döyüşsüz boşalda-boşalda geri çəkilməli oldular. Bu gün üçün situasiya budur”.

Sonra nə baş verəcək?

Hərbi ekspertin fikrincə, çox böyük ehtimal ki, ermənilər toplanıb növbəti mövqeləri bərkitməyə çalışacaqlar. Artıq hazırki mövqeləri saxlamağa nə güc var, nə də məntiqli mənası. “Əvvəlki xəritələri müqayisə etsək belə məlum olur ki, Azərbaycan Ordusu Xocavəndə istiqamətlənəcək. Çünki Şuşa və Xankəndinə üz tutmaq üçün (Azərbaycan Ordusunun hədəfi odur) sağ cinahı təmin etməlidilər. Hərbi situasiyaya görə Azərbaycan Ordusunun Xocavəndə yolu açıqdır. Buna görə yaxın günlərdə Azərbaycan Ordusu yenidən cəmləşmə edərək, irəliləyəcək. Çünki qarşıda ciddi döyüşlər gözlənilir”.

Bundan sonra isə əgər Ermənistan ona verilən şərtləri qəbul etməyəcəksə Azərbaycan Ordusu yaxın günlərdə Şuşa və Xankəndinə istiqamətlənəcək. “Azərbaycanın bu əməliyyatı sona çatdırmaq üçün yetərli qədər gücü var. Bu isə ya ermənistanın kapitulyasiyası ilə nəticələnəcək, ya da ermənistan ordusunun davamlı qan itirməyinə şahid olacağıq. Yekunda yenə həmin nəticə olacaq. Çox böyük ehtimal ki, bu müharibə yaxın bir həftədə bitəcək”.

P.S. Bu material Ukraynalı bloggerin 16 oktyabr tarixində youtube kanalında yayımlanan növbəti verilişinin müəyyən ixtisarlarla tərcüməsidir. Rəsmi açıqlama deyil.

P.P.S. Onu da qeyd edək ki, PUA-larımız ekspertin yazısından və Gəncəyə raket hücumundan sonra hərəkətə keçərək düşməndən layiqli qisas alıb, sarsıdıcı zərbə vurublar.  

Musavat.com.

Musavat.com

Həmçinin oxuyun

Döyüşün gedişatını dəyişən PUA…

Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dünyaya “XXI …