Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Üçüncü devalvasiya gözləniləndir – Vüqar Bayramov 

Üçüncü devalvasiya gözləniləndir – Vüqar Bayramov 

Dünya neft içərisində üzür: Gündəlik istehlak 94 milyon barreldən az olan dünya bazarında təklif 97 milyon barreldən çoxdur. Hər gün dünya bazarında 3 milyon barrel artıq neft çıxarılır. Bu isə qiymətin aşağı düşməsinin əsas iqtisadi səbəblərindədir. Doğrudur, hasilatın çox olmasının siyasi səbəbləri də var. Amma reallıq bundan ibarətdir ki, neft hasilatı və təklifi yüksək olaraq qalmaqdadır. Gündəlik 9.3 milyon barrel xam neft hasil edən ABŞ-ın Avropa bazarına çıxması neftin qiymətinə iqtisadi təsirdən daha çox psixoloji təzyiq göstərir.

Birləşmiş Ştatların gündə 7 milyon barrel neft idxal etməsinə baxmayaraq, okeanın o tayından köhnə qitəyə neft ixracı həyata keçirilməkdidr. ABŞ eyni zamanda idxalın struktrunu da şaxələndirilməsinə nail ola bilib. 2008-ci ildən sonra gündəlik idxalınin 7.8 milyon barrel azaldan Birləşmiş Ştatların neft importunda heç bir ölkə dominant deyil. ABŞ idxalında 12 faizlə ən yüksək paya malik olan Kanadanı 11 faizlə Sədiyyə Ərəbistanı və digər ölkələr izləyir. Deməli, idxalda praktik olaraq heç bir ölkədən asılı olmayan Birləşmiş Ştatlar Avropa bazarına çıxmaqla qiyməti diqtə edən gücdür. OPEK və xüsusən də Səudiyyə Ərəbistanı ABŞ bazarını itirməkdən ehtiyatlanaraq okeanın o tayından gələn müsiqi ilə “oynayır”.
Bu baxımdan neftin qiymətlərinin kəskin azalmasında və dünya bazarında “qara qızıl” bolluğunun yanaşmasına baxmayaraq, ötən ay keçirdiyi yığıncaqda OPEK hasilatın azaldılması deyil, artırılması haqda qərar qəbul etdi. Bu da 2016-cı ildə neftin qiymətinin yükəsələcəyinə ümidli olan ölkələri və şirkətləri xeyili bədbinləşdirdi. ABŞ və İranın Avropa bazarına çıxışı neftin dünya bazar qiymətinin yaxın müddətdə artmayacağından xəbər verməklə yeni və daha kəskin qiymət azalmalarının olacağını da istisna etmir. OPEK-in iki aparıcı ölkəsi arasındakı gərginliyə baxmayaraq neft bazarındakə təklif təzyiqi qiymətlərin ciddi artmasına imkan verməyəcək. Qiymətlərin stabilləşməsi yalnız Sədiyyə Ərəbistanın dünya bazarına çıxış imkanlarının məhdudlaşdığı halda mümkündür.
Neftin dünya bazar qiymətinin azalması və aşağı səviyyədə qalması Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir: “Neftin dünya bazar qiyməti yüksək olan dövrlərdə ixracatının 95 faizini neft və neft məhsulları təşkil edən ölkəmizin gəlirləri son 1 ildə 3 dəfə azalıb. Manatın devalvasiyası Azərbaycan ÜDM-nin son 1 ildə dollar ifadəsində 2 dəfə azalmasına səbəb oub.
Bu baxımdan neftin dünya bazar qiyməti aşağı qaldıqca bu, iqtisadiyyatımıza mənfi təsir göstərmərklə daxildə valyuta qıtlığı yaradacaq. Bu isə manata olan təzyiqin daha artmasına səbəb olacaq. Neftin dünya bazar qiymətinin aşağı qaldığı halda üçüncü devalvasiya gözləniləndir. Əslində, neftin dünya bazar qiymətinin azalması Azərbaycan üçün bütün sahələrə əhatə edəcək islahatların aparılması üçün mesaj olmalıdır. İndiki mərhələdə parallel olaraq iki fəaliyyəti həyata keçirilməsinə ehtiyac var. ÜDM-də xarici borcun payının 20 faiz olduğunu nəzərə alsaq, Azərbaycanın daha 10 milyard dollar xarici borc cəlb etməsi borc asılılığmızı artırmayacaq. Bu xarici borcun payının beynəlxalq maliyyə qurumları tərəfindən tövsiyə edilən həddə olmasına imkan yaradacaq. Qeyd etmək lazımdır, xarici borcun ÜDM-də payına görə Azərbaycan MDB-də ən yaxşı göstəricilərə malik olan dövlətlərdəndir. Bu isə borclanma limitimizin olmasından xəbər verir. Təbii ki, 80-100 milyard dollarlıq borcun alınması ilə bağlı fantastik təkliflər heç bir halda müzakirə edilə bilməz və bu ölkəni ciddi borc asılılığına sürükləyə bilər. Məqbul borclanma valyutaya olan cari tələbin ödənilməsi üçün vacibdir.
Buna parallel olaraq isə xarici ticarət daxil olmaqla iqtisadiyyatın bütün sektorlarındakı monopoliya tamamilə aradan qalıdırlmalıdır. İdxal monopoliyasının ləğvi istehlak bazarında qiymətlərinin bazar tərəfindən tənzimlənməsinə və qiymət azalmalarına səbəb ola bilər. Azərbaycan iqtisadiyyatının tamamilə liberallaşması və elektronlaşması həyata keçirilməlidir. Bu kontekstdən biznesə müdaxilənin xüsusilə də rayonlarda tamamilə aradan qaldlrılması vacibdir. Liberallaşmanın və eləcə də şəffaflığın strateji və dayanıqlı formada dəstəklənməsi üçün Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük prosesi sürətləndirilməlidir. Kadr potensialının gücləndirilməsi daxil olmaqla hökumət institutlarını əhatə edəcək struktur islahatıarın genişləndiriıməsinə ehtiyac var. Qeyd edilən hər bir istiqamət üzrə İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən geniş təhlilə əsaslanan dövlət sənədləri hazrılanıb ki, bu da hökumət üçün islahatların genişləndirilməsi üçün elmi-tədqiqi məlumat bazası ola bilər. İslahatlar strateji hədəflərə çatmaq üçün vacibdir. Çünki geniş miqyaslı islahatlar qısa deyil, orta və uzun müddət ölkəyə valyuta daxil olmasına imkan verir. Bu baxımdan, borclanma taktiki, islahatlar isə strateji əhəmiyyət daşımalıdır. Bu halda Azərbaycan neftin dünya bazar qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsirlərini minimumlaşdıra bilər.

Həmçinin oxuyun

Düşmən atəşkəsi pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs …

Bir cavab yazın