Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Türkiyə Ordusu daha 6 kəndi terrorçulardan təmizlədi

Türkiyə Ordusu daha 6 kəndi terrorçulardan təmizlədi

Türkiyə ordusu fevralın 15-də Afrində 6 kəndi PYD terrorçularından təmizləyib.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda o da qeyd olunub ki, Afrinin Cinderes kəndində gedən şiddətli döyüşlərdə 7 əsgər yaralanıb: “Bu kəndin alınması istiqamətində əməliyyat davam edir. Gedən döyüşlərdə 7 əsgərimiz yaralanıb. Onlara Allahdan şəfa diləyirik”.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Həmçinin oxuyun

SON DƏQİQƏ: Qubadlıda düşmənin bölmələri belə məhv edildi – Video

Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələri məhv edilib. …