Çərşənbə , İyun 19 2019
Ana səhifə / Cəbhə Xəbərləri / Türkiyə Naxçıvanda hərbi baza qurmağa hazırlaşır?

Türkiyə Naxçıvanda hərbi baza qurmağa hazırlaşır?

Türkiyə Azərbaycanın Naxçıvan muxtar respublikasında hərbi baza qurmağa hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyənin “Sözçü” qəzetinin köşə yazarı Zeynep Gürcanlı özünün bu günkü yazısında bildirir. Gürcanlının yazısı Türkiyə-Rusiya münasibətləri, xarici işlər naziri Mövlut Çavuşoğlunun Rusiyanı “strateji tərəfdaş” adlandırması barədədir. (https://www.sozcu.com.tr/2018/yazarlar/zeynep-gurcanli/avrupanin-amaci-borc-tahsilati-2604768/)

Müəllif hesab edir ki, Türkiyə ilə Rusiya arasında bütün yaxınlaşmaya baxmayaraq bu ölkələr xüsusən regional məsələlərdə rəqib olaraq qalacaq. O cümlədən Qafqazda.

“Ankarada son günlər siyasi dairələrdə müzakirə olunan çox önəmli bir məsələ var. Türkiyə Somali və Qətərdən sonra xaricdəki üçüncü hərbi bazasını Naxçıvanda qurmaq üçün hərəkətə keçmiş durumdadır. Sizcə Naxçıvanda Türkiyə hərbi bazası məsələsində ən yeni “strateji ortağımız” Rusiyanın mövqeyi necə olar?”-müəllif sual edir.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik barədə mövcuddur və bu müttəfiqlik çərçivəsində Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsi məsələsi dəfələrlə gündəmə gəlib. Qeyri-rəsmi mənbələr, ekspert çevrələri bu barədə dəfələrlə bildiriblər. Xüsusən Ermənistanda bu məsələ ciddi narahatlıqla izlənilir.

Həmçinin oxuyun

Zakir Həsənov: “Hər bir zabit Vətənə sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir”

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bu təhsil ocağının, …