Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəbhə Xəbərləri / “Tezliklə yeni xoş xəbərlər alacağıq” – DEPUTAT

“Tezliklə yeni xoş xəbərlər alacağıq” – DEPUTAT

Müdafiə Nazirliyinin məlumatına görə, rəşadətli Ordumuz düşmənin bir neçə dayaq məntəqəsi dağıdıb, vacib ərazi və yüksəklikləri işğaldan azad edib. İntensiv döyüşlərin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində getdiyini nəzərə alsaq, bu o deməkdir ki, yaxın zamanda həmin ərazilərdən yeni xoş xəbərləri alacağıq.

Bunu Füzulinin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Qarabağda soyuq havalar noyabr ayından müşahidə edilir və bu baxımdan Ordumuzun vacib yüksəklikləri azad etməsi növbəti mərhələdə döyüş şəraitinə tam nəzarə etməyimiz baxımdan çox vacibdir: “Şanlı Ordumuzun irəlilədiyini, işğalçı ordu arasında fərarililiyin kəskin artdığını nəzərə alsaq, böyük qələbəyə hər gün daha da yaxınlaşdığımızı söyləmək olar. Qarabağ Azərbaycandır!”

Həmçinin oxuyun

Əlbəyaxa döyüşdə əsgərimiz erməni hərbçisini belə öldürdü – VİDEO

Azərbaycan əsgərinin əlbəyaxa döyüş  zamanı  erməni əsgərini məhv etməsinin görüntüsü yayılıb. Oxu24.com  xəbər  verir  ki,  …