Çərşənbə , İyul 6 2022
Ana səhifə / Cəbhə Xəbərləri / Tərtəri və Bərdəni atəşə tutan erməni polkovnik Şuşakənddə GÖRÜNDÜ

Tərtəri və Bərdəni atəşə tutan erməni polkovnik Şuşakənddə GÖRÜNDÜ

O, son illərdə Tərtər rayonunun hazırda da işğal altında olan Təpəkənd kəndi ərazisindəki “Yexnikner” adlanan “elit” separatçı ordu birləşməsinin komandiri olub…

44 günlük II Qarabağ savaşında Azərbaycan Respublikasının Tərtər və Bərdə şəhərlərini, eləcə də həmin rayonların kəndlərini top və reaktiv yaylım atəşli “Qrad” və “Smerç” raket qurğularından atəşə tutduran erməni polkovniki hazırda Xocalı rayonunun “Şoş” adlandırılmış Şuşakənd kəndindəki dırnaqrası “erməni” kilsəsini bərpa etdirməklə məşğuldur.
Qeyd edək ki, Şuşakənd Şuşa şəhərindən hava xətti ilə cəmi 2 km-ə yaxın məsafədə yerləşir.

Bu haqda Ermənistanın News.am nəşri məlumat yayıb.

Söhbət I və II Qarabağ savaşlarında, eləcə də Aprel döyüşlərində Azərbaycana qarşı döyüşmüş polkovnik “Artsax”ın “milli qəhrəmanı” Karen Calavyandan gedir. O, son illərdə Tərtər rayonunun hazırda da işğal altında olan “Tonaşen” adlandırılmış Təpəkənd kəndi ərazisindəki “Yexnikner” adlanan “elit” separatçı ordu birləşməsinin komandiri olub. 44 günlük müharibə zamanı Tərtər, Bərdə rayon mərkəzləri və yaxın kəndləri, həmçinin Ağdam rayonunun bir sıra kəndləri məhz həmin ərazidən top və reaktiv yaylım atəşli “Qrad” və “Smerç” raket qurğularından atəşə tutulub.
Xatırladaq ki, 2020-ci noyabrın 5-də Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə endirilən artilleriya zərbələri ilə 10-cu dağatıcı diviziyasının Təpəkənd kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.

10 noyabr 2020-ci il razılaşmasından sonra polkovnik K.Calavyan komandiri olduğu hərbi hissəni Təpəkənd kəndindən çıxarmaqdan imtina edib. Hazırda həmin ərazidə erməni silahlı birləşmələrinin qalıb-qalmaması haqda dəqiq məlumatımız yoxdur…

Onu da xatırladaq ki, hazırda Şuşakənd ərazisindən Azərbaycanın Şuşaya gedib-gələn hərbi və mülki avtomobil karvanları hərəkət edir.

Moderator.az

Həmçinin oxuyun

Kəlbəcərdəki mövqelərimiz intensiv atəşə tutulub

İyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi …