Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Tərtərdə zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib

Tərtərdə zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib

Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.

“Report” xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib, ekipaj üzvləri xüsusi peşəkarlıqla öz ərazimizə endirilib, canlı itki yoxdur

“Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir”.

Həmçinin oxuyun

Prezident: Kəlbəcər rayonunun bir hissəsi işğalçılardan azad edilib

“Bu gün hələ bir ay keçməyib, artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir …