Çərşənbə , İyul 28 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Tərtər yenə raket və ağır artilleriya atəşinə tutulub – Bir mülki şəxs yaralanıb

Tərtər yenə raket və ağır artilleriya atəşinə tutulub – Bir mülki şəxs yaralanıb

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub:

“Saat 17 radələrində Tərtər rayonu, Əski Para kəndində fərdi yaşayış evinin yaxınlığına mərmi düşməsi nəticəsində 1962-ci il təvəllüdlü Osmanov Nüsrət Qurban oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir”.

Həmçinin oxuyun

Ermənistanın ikinci Qarabağ müharibəsində itkilərinin sayı artır

Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbçisinin qalıqları tapılıb. Erməni mediası yazır …