Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Şuşa yaxınlığında hərbçilərimizin nəşi tapılıb – ADLAR

Şuşa yaxınlığında hərbçilərimizin nəşi tapılıb – ADLAR

Son günlər Silahlı Qüvvələrin hərbi qulluqçuları – Cəfərov Təbriz İlqar oğlunun və Kərimli Qalası Müslüm oğlunun itkin düşmələri faktının araşdırılması ilə əlaqədar sonuncu dəfə onlarla birlikdə döyüşdə olmuş hərbi qulluqçuların müəyyən olunaraq şahid qismində dindirilməsi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən ifadələrinin yerində yoxlanılması zamanı Tərtər rayonunun Talış kəndi yaxınlığında T.Cəfərova, Şuşa rayonunun Daşaltı kəndinin yaxınlığında isə Q.Kərimliyə məxsus olması güman edilən meyitlər tapılıb. 

Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi yolu ilə meyitlərin Təbriz Cəfərova və Qalası Kərimliyə məxsus olması müəyyən olunub və şəhidlərimizin nəşi yaxınlarına təhvil verilib.

Həmçinin oxuyun

Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad olunmuş …