Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Suqovuşanda iki əsgərimiz minaya düşdü – RƏSMİ

Suqovuşanda iki əsgərimiz minaya düşdü – RƏSMİ

İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Ermənistanın müharibədəki itkiləri 8.5 min nəfərə çata bilər

İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın verdiyi canlı qüvvə itkisi 8.5 min nəfərə çata bilər. Bu …