Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Şokolad da acı dadır – Zahid ORUC

Şokolad da acı dadır – Zahid ORUC

“Poroşenkonun Ukraynası” ifadəsi Maydan inqilabından sonra qurulmuş yeni hakimiyyətin siyasi arxitekturasını dolğun əks etdirmədiyindən ayrı termindən yararlanmalı olacağıq.Əvvəlcə gəlin bir az tarixə qayıdaq.
Bolşeviklər Leninin rəhbərliyi altında çarizmin qəbrini qazanda Rusiyada bir neçə yeni hökumət qurulmuşdu,lakin fəhlə-kəndli sinfi adından çıxış edən burjuyların və ağqvardiyaçı generalların ikihakimiyyətliyini hətta nəhəng təbliğat maşınına və ideoloji buxovlar qurmaq qabiliyyətinə malik olan qırmızı imperiyanın dövründə də yaddaşlardan tamam silmək mümkün olmadı.İnsanlar dara düşən kimi Denikini,Kolçakı,çox sonralar Trotskini, Buxarini xatırlayır,onları istibdadın və hərbi kazarma sisteminin alternativi kimi görürdülər.
Ukraynada isə ən azı 4 qüvvə hakmiyyət mərkəzi kimi çıxış edir-Donbasdakı müharibə partiyası,Yatsenyukun Xalq Cəbhəsi və onu müdafiə edən qüvvələr,Poroşenkonun oliqarxiya ilə çulğalaşmış, həm də Qərblə işbirliyində xüsusi canfəşanlıq göstərən maliyyə-iqtisadi qrupları və millətçi-şovinist hərəkatlar son inqilabın törəməsi kimi ölkənin taleyinə qərar verir. Kiyevdə əyləşən və dövlətin müxtəlif qollarına nəzarət uğrunda savaş aparanların cəmisi iki il əvvəl Yanukoviçi devirənlər olduğuna şübhə etməyə bilmirsən.Axı “Moskvanın adamını-tiraniya təmsilçisi”ni devirəndə xalqa vəd olunan gələcək bu deyildi.
O vaxt Müstəqillik meydanında həyatını itirən 100 nəfər şəxsin ruhu qarşısında and içənlər diktaturadan sonra əsil xalq hakimiyyətini quracaqlarına söz vermişdilər.İndi hamının gözü qarşısında o vaxtkı soyuq yanvar günlərinin baş qəhrəmanları-Saakaşvili və Avakov ana söyüşlərini prezidentin qarşısında, özü də hər ikisi rus dilində əsil demokartik leksion kimi təqdim etməyə çalışır,dövlət tərbiyəsinin və ərkanının nədən ibarət olduğunu hər kəsə nümayiş etdirirlər.Baş nazirin üzünə çırpılan “sən oğrusan” kəlməsi rəsmi məclisin teatral ovqatını nə qədər qaldırsa da,ondan sonra atılan inqilab fincanına və sensurasız təhqirlərə görə prokurorluq orqanlarından heç bir reaksiya verilməməsi təəccüb doğurmur. Bundan sonra digər idarəetmə qollarının müstəqilliyinə kimi inandıra bilərsən?
Bilirsiz ”iflasın bir addımlığına gəlmiş ölkə”nin hökumət rəhbəri Saakaşvilini susdurmaq üçün nə deyib? Dünyanın ən yüksək “islahatçı lider” kimi qəbul etdiyi şəxsi, barışmaz antikorrupsiyaçını və antisovet simvolu olan sabiq gürcü prezidentini “ölkəndə necə yaxşı məhkəmə qurmusan ki,səni vətəndaşlıqdan məhrum edirlər” deyə suçlandıran Yatsenyuk onu sahib olduğu dünyəvi addan məhrum etməyə çalışarkən hansı nöqtəyə zərbə vurduğunu yaxşı bilir.Saakaşvilinin bir neçə aydır irəliyə sürdüyü ittihamlarsa səngimək bilmir.
Bu onun Baş nazirlik kreslosu uğrunda mübarzə aparması haqqında Xalq Cəbhəsi təmsilçilərinin parlamentdə onun əleyhinə başlatdıqları kampaniyadan sonra daha da sərtləşib və sistemli xarakter alıb.Hökumət rəhbərini Kolomoyski və Rinat Əhmədov kimi milyarderlərlə işbirliyində,müxtəlif qara biznes dövriyyələrinə şəriklikdə ittiham edən qızılgül liderinə qarşı elə onun öz ölkəsindəki rəqiblərinin əliylə Odessada heç də Monako stilli Avropa cənnəti qurulmadığını Ali Radada deputat Qolubov tərəfindən gündəmə gətirmişdilər.Guya müxtəlif xarici müğənnilər Odessaya qastrollara büdcə vəsaitləri hesabına gəlir,Saakaşvilinin Gürcüstandan özü ilə gətirdiyi legioner komandasının üzvlərinin aiabiletləri və istirahət xərcləri xeyriyyə fondları adı ilə yaradılmış qara kassadan ödənilir və sair.Lakin əsil fəlakətin və cəngəllik qanunlarının hökm sürdüyü dogma vətənində Saakaşvilinin üzərinə silahla və kompramatlarla gələnlər onu qorxuda bilməmişdilər.Kiçik bir əyalət şəhərində onu ləkələmək və siyasi meydandan asanlıqla çıxarmaq mümkün deyil.


Rusiya boyda bir düşmənin bütün informasiya axınları onu basdıra bilməyibsə. Avakovun siyasi rejissorlarının quraşdırdıqları və adi gözlə baxanda saxtalığı üzə çıxan videofaktlar heç bir ukraynalıya təsir edə bilməz.Daha qlobal miqyasda götürdükdə isə,keçmiş sovet məkanında inqilab simvolu olan bir şəxsin məğlubiyyəti Qərbin siyasi laboratoriyalarının işinin dayanması anlamına gələrdi ki.bu da ağlasığmazdır.
Bəli,Odessa indi mühüm siyasi mərkəzə çevrilib. Onun əhali sayının Gürcüstandan geri qalmasına baxmayın.Baş nazirin müavini,yaxud antikorrupsiya idarəsinin rəhbəri təyin olunmaqdan imtina edərkən gürcü lideri hansı hədəfi seçdiyini yaxşı bilirdi.Bütün dünyada qəbul olunan siyasi imic və Amerikanın açıq-aşkar yardımı sayəsində O,,Nulandın siyahısı ilə formalaşan hazırki Maydan hökumətinin istənilən müqavimətini qırmağa qadirdir.
Digər tərəfdən,Odessada kəsişən maraqlar onu daim ölkə idarəçiliyində baş fiqura çevirəcəkdi.Gömrük-keçid məntəqəsi,dəniz limanı ətrafında qurulmuş infrastruktura sahiblənmək istəyən müxtəlif güc mərkəzləri,ölkə əhəmiyyətli çoxlu müəssisə və şirkətlər əsas daşıyıcı naqillərin məhz burada qovuşduğunu yerli ukraynalılara aydın göstərirdi.Bütün hallarda 5 il oturaqlığı olmadığından nə prezident,nə də deputatlıq kreslosu uğrunda vuruşa bilməyən Saakaşvili Sezar kimi hərbi döyüşü qazanaraq hakimiyyət olimpinə doğru getməyə məhkumdur.
Qısa müddət ərzində Odessa Kiyevin siyasi nailiyyətləri üçün əsil mayak rolunda çıxış edir.Hər halda korrupsiya sxemlərini dağıtmaq üçün bütün köhnə komanda üzvləri işdən qovulub,prokurorluq və polis sistemi gürcü modelində yenidən qurulub,gömrük təşkilatı elektron qaydada şəffaf xidmətə keçib,Dnestryanı bölgədən gələn qaçaqmalçılar ordusu minimuma endirilib,26 rayon rəhbərliyinə keçirilən seçki üçün müsabiqə elan edilib və qubernator şəxsən özü son seçim raundunda iştirak edib,Gürcüstanda ad çıxarmış polis nazirinin müavini Lordkipanidze vilayətin eyniadlı qurumuna rəhbərlik edir,David Cakvarelidze və Xatiya Cekaleidze də öz müsbət gürcü təcrübələrinə görə Ukrayna DİN və Baş prokurorluğunda yüksək vəzifələrə təyin olunublar.Lakin Saakaşvili təkcə hakimiyyətlə bu simbioz birləşməyə arxalanmır.


O temperamentinə və siyasi miqyasına görə ümumxalq lideri statusunda qəbul olunduğunu hər addımda nümayiş etdirir.Faktiki olaraq,iqtidarda siyasi azlığın nümayəndələri təmsil olunduğundan və onların nüfuzu hər gün aşağıya düşdüyündən siyasətçilər içərisində yeganə BİR ADAMIN-istər qastrolçu adlandır,istər sirk ustası.ya da dahi siyasi texnoloq,yalnız O-nun bütün quldurlara və korrupsionerlərə qarşı mübarizəsi səmimi qəbul olunur.Saakaşvili prezidentlə qovğaya girməsə də hamı yaxşı bilir ki,qızılgül inqilabının lideri dövlət başısından daha nüfuzludur və güclü beynəlxalq dayaqlara malikdir.
Bununla yanaşı,iki illik hakimiyyətin günahlarını təkcə Yatsenyukun üzərinə yıxmaq düzgün olmazdı.Ölkədə ÜDM-in ilin sonunadək 5.4 faiz əvəzinə 15 faiz aşağı düşəcəyini Dünya Bankı bəyan edib,xarici borclar iri şirkətlərin öhdəlikləri ilə birgə 143 milyard dollardan yuxarıya qalxıb,həyat səviyyəsi keçmiş illərlə müqayisədə qat-qat geriləyib,qrivenin dəyərsizləşməsini son aylar durdurmaq mümkün olsa da xaricdən asılılığın və Rusiya ilə ticari dövriyyənin kəskin azalmasının fonunda iflyasiyanın 50 faiz olacağı qaçılmazdır.
Qərbin yardımları da hamıya nümayiş etdirilən yüksək qəbullara və dəbdəbəli diplomatik həmrəyliklərə rəğmən Ukraynanı defoltdan xilas etmək gücündə deyil.Yanvar ayından BVF ilə aparılan danışıqlar nəticəsində gözlənilən 17.5 milyard dolarlıq yardım islahatların radikal xarakter daşımadığına görə növbəti dəfə təxirə salınıb.Bunun ardınca qurum Moskva qarşısında Kiyevin borcunu dünən rəsmi olaraq tanıdı-3milyard dollar. Avrokomissar Donald Tusk isə Brüsseldən Poroşenkonu yenə də əliboş qaytardı:vizasız gediş-gəliş indi mümkün olmayacaq.
Bir yandan da Donbas ölkənin büdcəsini yeməkdə davam edir.Hər gün hərbi xərclərin bir neçə milyon dollara çatdığı bildirilir.Söhbət yeni texnikaların alınmasından,fərarilərin sayı 50 min nəfərdən artıq olduğu üçün müxtəlif şirnikləndirici vasitələrlə silahlı qüvvələrə arxa cəbhə yaramaq vəzifəsindən, inqilaba gedənlərlə müqayisədə sayı on qat az olan müharibə döyüşçülərinin hər gün real yardıma ehtiyaclarının qarşılanmasından,köçkünlərin yerləşdirilməsindən,yaralıların,həyatını itirənlərin aiələlərinin ayaqda saxlanmasından gedir.
Poroşenko müharibəni siyasi rəqibləriin başı üzərində qılınca çevirməyə çalışsa da o tarixi Fransa sərkərdəsi ola bilmir..Parlamentdə yer almış səhra komandirlərinin hamısı Vətənə xidmətləri müqabilində pay aldıqlarını iddia edirlər.Özü də Yatsenyuka hücum edən də təkcə Saakaşvili deyil.”Qaz kraliçası” ləqəbini qoruyub saxlayan Yuliya Timoşenko narıncı inqilabın memarlarından olan hazırki Baş nazirin onun həbsdə olduğundan istifadə edib hakimiyyət tortunun böyük hissəsini özünə götürdüyünü hələ də sinirə bilmədiyindən Radanın son iclasında hökumətə etimad votumu üçün səsəvermədən öncə Yatsenyuku cinayət məsuliyyətinə cəlb etməyi təklif edib.Bəli,”ölkənin salındığı uçurum”un cəzası bu olmalıdır.
Amerikadan gələn direktivlər isə Poroşenkonun əl-qolunu tamamilə bağlayır. Bayden parlamentdə xəbərdarlıq etdi ki,koalisiya dağılsa,Qərbdən əlinizi üzün.Başa düşdünüz yəqin-yeni Baş nazir axtarışları və ya seçkilərə getmək haqda planlar cızmaq Ağ Evin nəzərlərinə görə bütün inqilab hökumətini iflasa uğradardı.Avropanın siyasi instutları da eyni qənaəti bölüşürlər.
Sadəcə desovetləşmə adı ilə heykəlləri uçurmaq,dərsliklərdə Rusiyanın izini silmək və milli ləyaqət pamfletlərini oraya doldurmaqla,Banderanın ruhunu dirçəltmək üçün hər gün meydanlarda kahin ayinlərinə bənzər mərasimlər düzənləməklə demokratiya qurulmaz.Lüstrasiya qanuni ilə nə qədər adamı çölə töküb yeni komanda yaratdılar.Lakin onlara qiyməti Saakaşvili yaxşı verib-Yanukoviç dövründə demokratiya bundan yuxarı olub.


Dünən Avakov son klinçdə rəqibinə atdığı bir fincan suya və söyüşlərə görə xalqdan gələn qəzəb selini qarşılamaq üçün böyük bir müraciətlə çıxış edib. O, az qala yeni Ukrayna demokratiyasının Zevsi kimi inqilab məşəlini əlində daşıyarkən xalq mücadiləsində iştirak edənləri mükafatlandırmaqda heç bir cinayətə yol vermədiyinə,kseonfobiyaya uğramadığına, ətrafında qanunsuz silahsız birləşmələr yaratmadığına hamını inandırmağa çalışır.Lakin varlılardan, yaxud keçmiş hakimiyyət mənsublarından yağmalanmış vəsaitlərin bir hissəsinin devrimçi qüvvələrə paylanmasını izah etməkdə çətinlik çəkən nazir əsil sovet komissarı qiyafəsində çıxış etdiyinin fərqində deyil.
.Düz 23 il əvvəl Azərbaycan da eyni ssenari ilə inqilab balalarını taxta çıxararkən milli polis nazirimiz demokratik inqilab cəbhəsinin yetirmələrini mükafatlandırmaqla məşğul idi.Düz bir il ərzində xalq çiyin verdiyi qüvvələri zorla saxlamağa çalışsa da sonra ayağı altına atıb onları əski kommunistlərdən daha betər cəzalandırdı.
İndi Ukrayna inqilabı növbəti iflasa doğru yaxınlaşır.Saakaşvilinin dediyi “simasını itirmişlər” əslində Maydanın vitrininə çıxanların hamısına aiddir. Ləyaqət uğrunda mübarizə və Avromaydançılıq ölkəni 20 fazilik torpaq itkiləri,kasıblıq,ədalətsizlik və sərvətlərin talanması ilə üz-üzə qoydu.Yerli seçkilərdə saxta yekunlar hesabına çıxarılan 34 fazilik xalq iştirakı çoxluğun bu dövləti müdaifə etmədiyinin güzgüsüdür.
Tarix inqilabın təkcə qanunlar və yeni üsul-idarələr deyil.həm də gilyotinalar istehsal etdiyini yaxşı bilir.Kralı edam edənlər Lüdovikin cəsədi üzərindən keçib yeni İnqilabi hökumət yaratmışdılar.Lakin sonra onların üstünə göndərilən yoxsul kütlə Robespyeri,mütləqiyyət tərəfdarlarını,konstitusiyalı monarxiyaçıları və triumviratçıları taxt-taca sahib edincə bəlli oldu ki,Konvent bütün düşmənlərini adi qaydada edam etməyə vaxtı çatmır,yeni edam qurğusuna ehtiyac duyulur.Budur, təp-təzə baş kəsən alət artıq tam gücü işə düşüb..Ölkədə yeganə istehsal siyasi rəqiblərinin və inqilab əleyhdarlarının hər gün gizli polisin əli tapılıb öldürülməsi hesabına anbaan artır.Xarici düşmənlərə qarşı mübarizəyə bir az fasilə vermək də olar,təki ölkə termidorçulardan, yakobinçilərdən və jirondistlərdən təmizlənsin.On il ərzində Fransa inqilab maşınının sürətlə irəliyə getməsi üçün xalqın önünə çıxan liderlər böyük məramlar,yüksək ideallar naminə nə qədər desəniz qan tökməyi bacardılar.Nəhayət.hərbi sərkərdə -Napoleon cəsədi ortada qalmış Vətənə sahib durmaq üçün qılıncını Parisdə qınına qoymağa söz verdi.Lakin yeni imperator dünya ağalığına baş vurunca Bastiliya qalasına hücum edənlərdən heç biri sağ qalmadı.
İndi Avakovun söyüşləri inqilab keşikçiləri üçün siyasi edamlara hazılığın bir siqnalıdır.Yox,o, Fransanın əzəmətli polis naziri Jozef Fuşe ola bilməz.Lakin avroinqilabın tonqalını qalayanlar indi həmin ocaqda bir-birini yandırmağa hazırdılar.
Vaxtilə Yanukoviç əleyhinə Kiyevi bürüyən qara tüstü yenidən qayıdır.Əksəriyyətində Amerika pasportu olan siyasi elita kapitulyasiyaya məhkumdur.Poroşenko hər gün meydan liderlərinin ona necə acılar bəxş etdiyini yaxşı görür.
Siyasət,yovşan kimidir.Ətri olsa da.onu yemək olmur.Bir vaxtlar Ukraynanın ən böyük şokolad istehsalçısı indi özü və xalqı üçün acılıq gətirir.Robespyerin dediyi kimi,inqilabı xilas etmək üçün min adamı belə qurban vermək, artıq gecdir.3-cü Maydan şokoladsız olacaq!

Həmçinin oxuyun

İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir

İsrailin  “Israel Aerospace Industries” şirkəti Qarabağda gedən 44 günlük müharibənin təcrübəsini nəzərə alaraq “Harop” zərbə pilotsuz …

Bir cavab yazın