Şənbə , Yanvar 23 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Sarkisyan Laçında HAVA HÜCUMUNDAN SIĞINACAQLAR TİKDİRDİ – (FOTO/VİDEO)

Sarkisyan Laçında HAVA HÜCUMUNDAN SIĞINACAQLAR TİKDİRDİ – (FOTO/VİDEO)

ABŞ-da  erməni iş adamları tərəfindən yaradılmış  və qeydiyyatdan keçmiş “Hayrenaser” (“Vətənpərvər”) şirkəti Azərbaycanın işğal altındakı ərazilərində növbəti qanunsuz layihəsini həyat keçirdi.
Moderator.az  “KarabakhTV”-yə istinadla xəbər verir ki, şirkətin ABŞ vətəndaşları olan həmtəsisçiləri Stepan Sarkisyan və Nelli Şuşi Martirosyan cütlüyünün, eləcə də Los-Ancelesdə yerləşən “Hayrenikis”  erməni vəətnpərvər qrupunun təşəbbüsü və dəstəyi ilə 2017-ci ildən Laçın rayon mərkəzində yerləşən çoxmərtəbəli binalardan birinin zirzəmisində hava hücumundan mülki sığınacaq tikintisinə başlanıb. Bu günlərdə sığınacaqlar artıq erməni sakinlərin istifadəsinə verilib. Hərbçilərin və  “Kaşataq rayonu”nun  başçısı Suren Xaçatryanın müşayiəti ilə  sığınacağa daxil olan Stepan Sarkisyan layihə haqda məlumat verib.
Xatırladaq ki, son illər əsasən Laçın, Qubadlı, Zəngilan rayonları ərazilərində tikinti, bərpa və təmir işləri aparan “Hayrenaser” Laçının və Zəngilanın  bir neçə kəndində məktəblər, yaşayış evləri və s. istfadəyə verib. “KarabakhTV” və Moderator.az saytları   ABŞ vətəndaşlarının belə qanunsuz əməlləri haqda mütəmadi informasiya verir.

Həmçinin oxuyun

Azərbaycan əsgəri minaya düşərək şəhid olub – FOTO

Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb. “Report”un xəbərinə görə, hərbi qulluqçu Cavadov Rəşad Fərzəli …