Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Rüstəm Muradov girov götürülən azərbaycanlı ilə görüşdü

Rüstəm Muradov girov götürülən azərbaycanlı ilə görüşdü

Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov Qarabağdakı separatçı-terrorçular tərəfindən girov götürülən, psixiatrik xəstəxanadan qaçan azərbaycanlı hərbçi Cəmil Babayevi ziyarət edib.

Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Ziyarət zamanı R.Muradov C.Babayevin səhhəti və saxlanma şəraiti ilə maraqlanıb.
Agentlik Babayevin xahişi əsasında ona yaxınları ilə əlaqə qurmaq imkanının yaradılacağını bildirib.

Qeyd edək ki, Cəmil Babayev avqustun 25-də Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Ağdərə ərazisində saxlanılıb. Azərbaycan isə sonradan Babayevin Gəncədəki psixiatrik xəstəxanadan qaçaraq, Qarabağa gəldiyini açıqlayıb.

C.Babayev haqda cinayət işi açılıb.

Həmçinin oxuyun

Şuşa ətrafında kim atəş açıb?

Dünən sentyabrın 18-də Rusiyanın Müdafiə Nazirliyi belə məlumat yayıb ki, sentyabrın 17-də Şuşa ətrafında “Dağlıq …