Ana səhifə / Cəbhə Xəbərləri / Rusiya Müdafiə Nazirliyi: “Qarabağda atəşkəs rejiminə riayət olunur”

Rusiya Müdafiə Nazirliyi: “Qarabağda atəşkəs rejiminə riayət olunur”

Rusiya sülhməramlıları Qarabağda atəşkəsin pozulması və Rusiya hərbçilərinə qarşı hər hansı bir təxribat halını qeydə almayıblar.

Bunu jurnalistlərə açıqlamasında bölgədəki sülhməramlı kontingentin nümayəndəsi polkovnik Dmitri Perepelkin bildirib.

O qeyd edib ki, rusiyalı minaaxtaran və mühəndis qrupları tərəfindən ərazinin minalardan təmizlənməsi işi davam etdirilir.

“Bugünədək 1844 bina, 657 km yol, 2121 hektar ərazi yoxlanıb. 25 613 partlayıcı maddə aşkar edilərək məhv olunub”, – deyə polkovnik əlavə edib. Oxu.az

Həmçinin oxuyun

Laçında tutulan erməni hərbçi Ermənistana qaytarıldı – RƏSMİ

Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu …