Çərşənbə , Mart 29 2023
Ana səhifə / Cəbhə Xəbərləri / Rus sülhməramlılar Qarabağı tərk edir? – Video

Rus sülhməramlılar Qarabağı tərk edir? – Video

Bu gün səhər teleqram kanallarında Rusiya sülhməramlı kontingentinin hərbi texnika kolonu ilə Laçın dəhlizi vasitəsilə Xankəndini tərk etməsi barədə videogörüntülər yayılıb.

“ Azinforum.az ” “Caliber”ə istinadən xəbər verir ki, ilkin ehtimallara görə, sözügedən sülhməramlı qüvvələr Ukraynaya göndəriləcək. 

Digər versiyaya görə, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının bir hissəsi Gümrüdəki 102-ci hərbi bazaya yerləşdiriləcək. Bu hərbi bazadakı hərbçilər isə öz növbəsində Rusiya ordusuna kömək etmək məqsədilə Ukraynaya göndəriləcək. 

Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.https://t.me/qafqazinfo/18812?embed=1&tme_mode=1


Həmçinin oxuyun

Azad edilmiş ərazilərdə daha 609 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə daha 609 mina aşkarlayıb. ANAMA-dan Azinforum.az-a verilən məlumata …