Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəbhə Xəbərləri / Rus icmasından Azərbaycan Ordusuna belə dəstək verildi – FOTOLAR

Rus icmasından Azərbaycan Ordusuna belə dəstək verildi – FOTOLAR

Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib.

Tədbir Azərbaycanın Rus icması tərəfindən təşkil olunub.

Azərbaycan, Rusiya və Türkiyə bayraqları ilə bəzədilmiş təxminən 30 avtomobil Milli Məclisin binası qarşısından yürüşə başlayaraq Bakının mərkəzi küçələri ilə, eləcə də Rusiya və Türkiyə səfirliklərinin qarşısından keçməklə irəliləyib. Paytaxt sakinləri avtoyürüş iştirakçılarını coşğu ilə qarşılayıb.

Azərbaycanın Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinin sözlərinə görə, yürüşün məqsədi Azərbaycan Ordusuna dəstək olmaqdır.

“Bu, ədalətli Vətən müharibəsində xalqımıza və Ordumuza, Prezidentimizə və Ali Baş Komandanımız İlham Əliyevə dəstəkdir”, – M.Zabelin deyib/Report.

Həmçinin oxuyun

ANAMA:düşmən geri çəkilərkən əraziləri kortəbii şəkildə minalayıb

“Ermənistana mina basdırılan yerlərin xəritələrinin təqdim olunması üçün müraciət etməmişik”. Bunu Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi …