Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağda işğalçılara qarşı döyüşən daha bir müəllim şəhid olub – FOTO

Qarabağda işğalçılara qarşı döyüşən daha bir müəllim şəhid olub – FOTO

İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi, baş leytenant Famil Əhmədzadə Tərtərin Talış-Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

Təhsil Nazirliyindən Mia.az-a bildirilib ki, o, 1997-ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub.

F.Əhmədzadənin təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb. İşlədiyi müddətdə öz savadı, mədəniyyəti və istedadı ilə şagirdlərin, müəllimlərin, bir sözlə hər kəsin sevimlisi olmağı bacarıb.

Allah rəhmət eləsin!

img

Həmçinin oxuyun

Azərbaycan əsgəri minaya düşərək şəhid olub – FOTO

Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb. “Report”un xəbərinə görə, hərbi qulluqçu Cavadov Rəşad Fərzəli …